"Qarabağ həqiqətləri antalogiyası" Qırğızıstanda çap olunacaq

11:23 05-08-2019 | icon 430 | Cəmiyyət
"Qarabağ həqiqətləri antalogiyası" Qırğızıstanda çap olunacaq

Qənirə Paşayeva Qarabağ həqiqətlərinin qardaş ölkədə yayılmasında qırğız yazarları daha fəal olmağa çağırıb

 

Millət vəkili Qənirə Paşayevanın Qırğızıstan Milli Yazıçılar Birliyinin rəhbərliyi ilə görüşdə "Qarabağ həqiqətləri antalogiyası"nın qardaş ölkədə çap olunaraq yayılması təklifi müsbət qarşılanıb.

 

Versus.Az-ın məlumatına görə, Qırğızıstan Respublikası Milli Yazıçılar Birliyinin başqanı Nurlan Kalıbekovun başçılığı ilə Azərbaycanda səfərdə olan 14 nəfərlik Qırğız yazarları heyəti millət vəkili Qənirə Paşayeva və RHİM İB-nin sədri Arzu Bağırova ilə görüşüblər.

Qırğız yeni nəsil yazarlarını Azərbaycanda görməkdən çox məmnun olduğunu bildirən millət vəkili və RHİM İB-nin sədri yazarlar arasında sıx əlaqələrin, işbirliyinin ölkələrarası əlaqələrdə xüsusi mövqe və mənaya malik olduğunu bildiriblər.

 

Qardaş ölkə yazarlarına Azərbaycan həqiqətlərindən, yazarlarımızın ömürlərinə çökmüş, əsərlərinə köçmüş Qarabağ üzüntüsündən, qaçqın-məcburi köçkün yazarlarımızın mənəvi-psxioloji qayğılarından danışan Qənirə Paşayeva, Qarabağda yaşanan erməni zülmünü, Xocalı soyqırımını türk dünyasının ortaq problemi kimi şərh edib, qardaş ölkədə “Qarabağ hekayələri” antologiyasının çıxması təklifi ilə çıxış edib və onun təklifi müsbət qarşılanıb.

 

Millət vəkili qırğız yazarlarına Azərbaycan mədəniyyətini, mili rəmzlərimizi əks etdirən hədiyyələr təqdim edib.

Qırğız yazarları da öz növbələrində millət vəkilinə qırğız əl sənəti nümunəsi olan mili ornamentlərlə süslənmiş hədiyyə təqdim ediblər.

 

Qarşılıqlı fikir mübadiləsi ortamında keçən görüşdə kitablar da mübadilə edilib. Q.Paşayeva Azərbaycana səfərə gələn qırğız yazarlarına, səfərin təşkilatçılarına minnətdarlıq edib, belə səfərlərin davamlı olmasının vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, görüşdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin başqanı Arzu Bağırova, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyi başqanı İntiqam Yaşar, adıkeçən ictimai qurumların üzvləri iştirak ediblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI