31 Mart qurbanlarının xatirəsi ALDP-də anıldı

18:46 28-03-2018 | icon 648 | Gündəm
31 Mart qurbanlarının xatirəsi ALDP-də anıldı

Azərbaycan Liberal Demokrat Partiyasında (ALDP) 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

 

Versus.az-ın məlumatına görə, tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

ALDP sədri çıxışında 31 Mart - azərbaycablıların soyqqırımı ilə bağlı faktları önə çəkib:

 

“Erməni faşıstlərı 1905-1907-ci və 1918-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçiriblər. Erməni faşıstlərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edirdi. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdi. Erməni faşıstləri evlərə od vurur, insanları diri-diri yandırırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər".


Azərbaycanlıların soyqırımının Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirildiyini vurğulayan partiya sədri qeyd edib ki, bu ərazilərdə dinc əhali kütləvi sürətdə qətlə yetirilib, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılaraq məhv edilib:

 

"Bizim əsas vəzifəmiz 31 mart və Xocalı soyqırımları, erməni faşıstlərın ölkəmizə, millətimizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri Dünya ictimayətə çətdırılmasıdır. Tariximizi unutmayaq ki, tarixdən silinməyək!”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

İran XİN Brüssel görüşünə münasibət bildirib

Avtomatı gözübağlı söküb-yığan məktəbli qız

67 illik dillərdə dastan sevgi hekayəsi

Ceki Çanın kəskin qocalmasının SƏBƏBİ

“Ludus”un təsisçisi Bakıda

“Qızıl top” üçün mübarizə aparan oyunçuların yenilənmiş reytinqi

Vatikandan cinsiyyətin dəyişdirilməsinə REAKSİYA