Arıların ayaqlarında daşıdığı möcüzəvi qida – Sən demə minbir dərdin dərmanı imiş

17:30 05-08-2019 | icon 435 | Sağlamlıq
Arıların ayaqlarında daşıdığı möcüzəvi qida – Sən demə minbir dərdin dərmanı imiş

Allahın biz insanlara verdiyi nemətlərdən biri də arı məhsullarıdır. Bu məhsullar həm qida kimi istehlak edilir, həm də xalq təbabətində geniş istifadə edilir. Arı məhsulları dedikdə ağıllara ilk növbədə bal, arı südü kimi qidalar gəlir. Amma arı çörəyi kimi tanınan qida da belə məhsullara daxildir və insan orqanizminə olduqca faydalıdır.

 

Versus.Az arı çörəyinin faydalarını təqdim edir:

Arı çörəyi təbii vitamin və mineral mənbəyidir. Ona eyni zamanda güləm də deyilir.
- Mədə və bağırsaq florasını tənzimləyir, zehni fəaliyyəti artırır;
- Uşaqların sağlam böyümə və inkişafına müsbət təsir edir;
- Həzm sistemini tənzimləyir;
- Allergik reaksiyaları azaldır;
- Qandakı xolesterol səviyyəsini nizamlayır.

Bütün bunlardan əlavə Güləm qaraciyər xəstəliklərində, mədəaltı vəzi xəstəliklərində, anemiya, hormonal disbalans, fiziki və zehni gerilik, immun zəifliyi, beyin qan dövranı pozulması, xroniki yorğunluq sindromu, davamlı infeksiyalar və s. zamanı effektiv təsir göstərir. Tərkibi çiçək tozundan ibarətdir. Çiçək tozu özü dəmirlə zəngin olduğundan bir çox xəstəliklərə faydalıdır. Tərkibində K və B vitamini olan Güləmdən, qan azlığında, əməliyyadan sonrakı dövrlərdə, şəkərli diabet və endemik zobun müalicəsində də geniş istifadə edilir.

 

Necə hazırlanır?
Arılar çiçək tozunu toplayaraq bal və arı südü ilə qarışdırıb pətəkdəki yuvalara yığır, işçi arılar onları başları ilə yuvaya doldurur və üstünü şirələyirlər. Çiçək tozu bal və arı südü ilə biokimyəvi reaksiyaya girərək konservləşir və nəticədə kimyəvi cəhətdən çiçək tozundan fərqlənən daha qiymətli bir məhsula çevrilir, özündə arı südü, propolis və balın xüsusiyyətlərini birləşdirir.  Onu "arı çörəyi"- güləm və ya perqa adlandırırlar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı