İsgəndər Həmidovda xərçəng şişi aşkarlanıb

20:36 05-08-2019 | icon 383 | Cəmiyyət
İsgəndər Həmidovda xərçəng şişi aşkarlanıb

Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) təsisçilərindən olan İsgəndər Həmidov xərçəng xəstəliyindən əziyyət çəkir.

 

Versus.Az xəbər verir ki, bu haqda Müsavat TV-nin canlı efirinə qonaq olan Gələcək Azərbaycan Partiyasının (GAP) sədri, AXH üzvü Ağasif Şakiroğlu deyib. Onun sözlərinə görə, İ.Həmidovun ağciyərində bədxassəli şişin olması onun Türkiyə səfəri zamanı aşkarlanıb. Belə ki, iyun ayının əvvəlində ürəyindəki problemlərə görə Türkiyəyə yola düşən və ürəyinə stent qoyulmasına hazırlaşan İ.Həmidova orada xərçəng xəstəsi olduğu bildirilib. Aparılan müayinə və analizlər nəticəsində ağciyərində aşkarlanan şişin bədxassəli olduğu təsdiqlənib. Əməliyyat isə ürəyinin zəif funksiyasına görə baş tutmayıb.

 

Hazırda bir neçə günlük Bakıda olan İ.Həmidov müntəzəm həkim nəzarətindən və kimya terapiyadan keçir. Yaxın günlərdə Şamaxıdakı evinə qayıdacaq olan eks nazir bir neçə ay sonra müalicə üçün Avropaya yollanacaq.

 

A.Şakiroğlu bu müddətdə İ.Həmidovun mediaya açıqlama verməməsinin, jurnalistlərlə ünsiyyətdən imtina etməsinin səbəbini belə izah etdi:

 “Səhhətindəki bu problem onun xarici görünüşünə və təbii ki, əhvalına da təsir edib. O, medianın və geniş ictimaiyyətin qarşısına bu formada çıxmaq istəmir. Allah qoysa, səhhəti qaydasına düşər, problemlər arxada qalar, ondan sonra media ilə görüşər. Özü belə istəyir”.

 

Müsahibimiz eyni zamanda dedi ki, müxalif cameyədəki bir çox insanlar İ.Həmidovun səhhətindən xəbərdardılar. Onun fikrincə, bu səbəbdən də bəzilərinin “o, niyə ortalarda yoxdur?” sualını səsləndirməsi qeyri-səmimilikdən xəbər verir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol