Yunus Oğuzun tarixi romanları Qənirə Paşayevanın təqdimatında

12:12 06-08-2019 | icon 837 | Ədəbiyyat
Yunus Oğuzun tarixi romanları Qənirə Paşayevanın təqdimatında

Deputat: “Hər bir azərbaycanlının tariximizi öyrənməsi vacibdir”

 

Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə Tovuzda tanınmış yazıçı-publisist Yunus Oğuzun tarixi romanlarının təqdimatı və imza mərasimi keçirilib.

 

Versus.Az-ın məlumatına görə, Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin, Tovuz rayon icra hakimiyyətinin, Tovuz rayon təhsil şöbəsinin təşilatçılığı ilə yazıçı-publisist Yunus Oğuzun oxucularla görüşü maraqla qarşılanıb.

 

Görüşdə şəhər ictimaiyyəti, kitabsevərlər və rayonun kəndlərindən müxtəlif məktəblərin nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Görüşü giriş sözü ilə millət vəkili Qənirə Paşayeva açaraq, hər bir azərbaycanlının tariximizi öyrənməsinin vacibliyi ilə bağlı fikirlərini söyləyib. O, çıxışında Azərbaycan tarixi, vətənpərvərlik mövzularında Yunus Oğuzun kitablarının əsl mövqeyini və vacibliyini açıqlayıb, eyni zamanda bu kitablarda tariximizin, milli və mənəvi dəyərlərimizin təbliğinin necə aparılmasından danışıb.

 

Sonra Yunus Oğuz "Tarix nədir və nə üçün bilməliyik?" mövzusunda məruzə edib, tədbir iştirakcılarının çoxsaylı suallarını cavablandırıb.

 

Qeyd edək ki, 160-dan çox kitab Tovuz ictimaiyyətinə və şagirdlərə imza ilə paylanılıb.

Tədbir özəlliklə gənclər tərəfindən böyük maraqla qarşılanıb. Tədbirdə rayon icra hakmiyyətinin və təhsil şöbəsinin rəsmiləri, bir çox məktəblərin müəllimləri də iştirak ediblər və onlar bu tədbirin böyüyən gənc nəsillərimiz üçün vacibliyini xüsusi vurğulayıblar.

 

Tədbirdən sonra Tovuz rayon icra hakimiyyətinin rəhbərliyi, Tovuz rayon təhsil şöbəsi və bir sıra məktəblərin fəal müəllimləri ilə fikir mübadiləsi olub. Bu cür tədbirlərin, gənclərlə kitablar ətrafında görüş və müzakirələrin artmasının vacibliyi bir daha vurğulanıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...