"Onlar islami dəyərlərin dünyada yayılmasına qarşı çıxırlar"

13:07 07-08-2019 | icon 428 | Siyasət
"Onlar islami dəyərlərin dünyada yayılmasına qarşı çıxırlar"

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, cəmiyyətdə bəzən yanlış olaraq ya bilərəkdən, ya da bilməyərəkdən dini bayramlar dindarların bayramı kimi təqdim olunur. Bəzən cəmiyyətdə dindar və dindar olmayan kütlə kimi xarakterizə olunan məsələlər də olur. Hesab edirəm ki, bu, o qədər də düzgün səslənməyən ifadədir.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov "Dini bayramlar: tarix, ənənə və müasirlik" mövzusunda keçirilən konfransda deyib.

 

PA rəsmisinin sözlərinə görə, milli bayramlarla yanaşı, dini bayramlarımız da həmişə xalqımızın milli-mənəvi dəyərlərinin tərkib hissəsi kimi özünü göstərir:

"Sovet dövründə də xalq toplum olaraq dini bayramların keçirilməsinə çalışıb. Müstəqillik dövründə dini bayramlarımızın qanunvericilik bazasında əksini tapması özünü çox gözlətməyib".

 

Ə.Zülfüqarov əlavə edib ki, dini bayramlar özünə müsəlman deyən və İslam ənənəsini yaşadan hər bir müsəlmanının bayramıdır. Müsəlmanın Qurban və Ramazan bayramını qeyd etməsi ümumi vəhdət prinsipinə əsaslanır və burada dindar, yaxud qeyri-dindarlığın çalarlarını axtarmaq düzgün olmazdı:

"Bu vəhdət prinsipinə yad olan ünsürlər var. Bu ünsürlər müəyyən xarici dairələrdən təsirlənərək, bayram günlərinə qısqanclıqla yanaşaraq cəmiyyəti parçalamağa çalışırlar ki, bu da bizi çox narahat edir".

 

PA rəsmisi qeyd edib ki, Azərbaycanda dini bayramların günləri Qafqaz Müsəlmanları İdarəsi və Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırlanan ümumi təqvimlə müəyyən edilir:

"Lakin xarici dini dairələrə bağlı müəyyən dini qruplar belə məsələlərdə ümumi vəhdət prinsipinə zidd olaraq, hansısa ölkələrin və ya dini qrupların qeyd etdiyi təqvimə əsaslanır, həmin günləri bayram etməyə çalışırlar. Bu da son nəticədə müsəlmanların bir coğrafiyada bayram keçirməsinə, bayram əhval-ruhiyyəsinə, vəhdət prinsipinə kölgə salmış olur. Bununla bağlı kütləvi maarifləndirmə işləri aparılsa da hər bayramda belə xoşagəlməz halların olmasına cəhdlər edilir".

 

Ə.Zülfüqarov əlavə edib ki, müsəlman dünyasından kənarda olan müəyyən qruplar islami dəyərlərin dünyada yayılmasına qarşı çıxırlar. Bu da islamafob yanaşmaları ortaya çıxarır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı