"Bakıda APOEL-ə daha çətin olacaq" - Slavçev

13:37 07-08-2019 | icon 397 | İdman
"Bakıda APOEL-ə daha çətin olacaq" - Slavçev

APOEL çox yaxşı komandadır. Onların oyun sistemi bizi təəccübləndirdi.

 

Versus.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin APOEL-lə ilk oyunundan sonra deyib.

Bolqarıstanlı yarımmüdafiəçi Kipr mətbuatına açıqlamasında səfərdə qazandıqları 2:1 hesablı qələbəyə görə Bakıdakı cavab görüşünün APOEL üçün çətin olacağını bildirib: "Bakıdakı oyun fərqli keçəcək. Cavab matçı APOEL üçün daha çətin olacaq. Ancaq şansların 50/50-yə olduğunu düşünürəm".

Slavçev 2015-16 mövsümündə Kiprin "Apollon" klubunda çıxış edib. O,  sabiq komandasının indi daha güclü olduğunu qeyd edob: "APOEL haqda danışmaq istəmirəm. Çünki mən Kiprdə "Apollon"da çıxış etmişəm və daim bu klubun qəlbimdə yeri olacaq. Orda gözəl vaxt keçirmişəm. Hazırda "Apollon"da hər şey yaxşıdır, təlim-məşq bazası inşa etdirdilər, yaxşı oyunçuları və güclü baş məşqçiləri var. 

Məncə, çempionluq uğrunda mübarizə apara bilərlər. Kipr futbolu inkişafdadır. Komandalar güclənir və avrokuboklarda iştirak edirlər".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol