Kökəlməyə səbəb olmur və immuniteti gücləndirir

22:59 07-08-2019 | icon 473 | Sağlamlıq
Kökəlməyə səbəb olmur və immuniteti gücləndirir

İlk dəfə qreypfrut XVIII əsrin axırlarında Barbados və Yamaykada aşkar olunsa da, tədqiqatçıların böyük əksəriyyəti onun şeddok və ya pompelmus adlı Asiya limonu ilə şirin portağalın təsadüfən hibridləşməsi nəticəsində yarandığını hesab edir. Bəzi mənbələrdə isə meyvənin vətəninin Cənubi Amerika və Hindistan olduğu göstərilir. Ölkəmizin iqlim şəraiti qreypfrut yetişdirmək üçün münasib deyil. Onu Türkiyənin cənub, cənub-qərb, şimal-şərq bölgələrində, xüsusən Anadoluda yetişdirirlər.

Versus.Az Azərtac-a istinadən bildirir ki, qreypfrut hündürlüyü 6-7 metrə çatan ağacdır. İngiliscədən adının üzüm meyvəsi kimi tərcümə olunması heç də təsadüfi deyil, çünki onun meyvələri ağacda iri salxımlar şəklində yetişir.

Bir ədəd qreypfrutun enerji dəyəri təxminən 50 kaloriyə bərabərdir, az kalorili olduğuna görə pəhriz qidası kimi hər gün yeyilməsi məsləhət görülür. Tərkibində bol miqdarda C vitamini olduğuna görə orqanizmdə "qış xəstəliklərinə", xüsusən də qrip və soyuqdəyməyə qarşı immuniteti gücləndirir. Yeməkdən əvvəl qəbul ediləndə iştahaaçıcı təsir göstərir, lakin orqanizmdə lipid və karbohidrat mübadilələrini sürətləndirdiyinə görə kökəlməyə səbəb olmur, əksinə yağların parçalanmasını sürətləndirir.

İnfeksion xəstəliklər zamanı xəstəyə verilməsi sağalmanı sürətləndirir. Qreypfrut, həmçinin həzmi və bağırsaqların fəaliyyətini tənzimləyir, qəbizliyi aradan qaldırır, fiziki və zehni yorğunluğu aradan qaldırır və orqanizmi gümrahlaşdırır. Meyvənin tərkibində olan bəzi maddələr şəkərli diabet xəstələri üçün əvəzolunmaz müalicə vasitəsidir.

Meyvədə olan qırmızı rəngli likopen adlı piqment təbiətdə rast gəlinən ən güclü antioksidantlardan biridir, orqanizmdə yaranan atipik hüceyrələri məhv edir və xərçəngin inkişafının qarşısını alır.

 

Meyvənin acıtəhər dadı var, ona acılıq verən maddələrin əsas hissəsi qabığına yaxın və arakəsmələrdə yerləşir. Ona görə də qreypfrutun qabıqlarını soyanda və ya şirəsini sıxıb içəndə acılıq demək olar ki, hiss edilmir. Qabığından alınan yağ C vitamini ilə zəngindir, qrip və soyuqdəymə zamanı qəbul olunur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI