Bu tələbələr Azərbaycanı beynəlxalq biznes ideya müsabiqəsində təmsil edəcəklər

13:29 08-08-2019 | icon 470 | Təhsil
Bu tələbələr Azərbaycanı beynəlxalq biznes ideya müsabiqəsində təmsil edəcəklər

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Azərbaycanı dünyanın ən böyük "Yaşıl Texnologiya" biznes ideya müsabiqəsi olan "ClimateLaunchpad-2019"-un beynəlxalq finalında təmsil edəcək.

 

BANM-dan Versus.Az-a verilən məlumata görə, Ali Məktəbin “Climasel” komandası Milli Finalda qalib gələrək Niderland Krallığının paytaxtı Amsterdam şəhərində noyabrda keçiriləcək Qobal Finalda iştirak hüququ qazanıb.

 

“Climasel” ölkəni beynəlxalq layihədə təmsil edəcək 2 yerli startap layihəsindən biridir.

Layihə evlərdə, ofis və restoranlarda temperaturu stabil saxlamağa yönəlmiş materialın istehsalını nəzərdə tutur.

Sosial İnnovasiya Laboratoriyasının dəstəyi ilə Azərbaycanda startap ekosistemini təkmilləşdirmək məqsədilə həyata keçirilən "ClimateLaunchpad" müsabiqəsi ətraf mühitin qorunması və inkişafı ideyasına xidmət edir. Müsabiqədə iştirak edən komandalar ideyalarını məhsula çevirmək, həmin məhsulu kommersiyalaşdırmaq, qlobal bazara çıxarmaq yollarını araşdırır və vacib biznes biliklərini layihələri üzərində tətbiq edirlər.

 

Avropa Birliyinin maliyyə vəsaiti ilə Avropa Birliyi İnnovasiya və Texnologiya İnstitutu tərəfindən təşkil edilən ənənəvi yarışmada bu il dünyanın 50-dən çox ölkəsi iştirak edir.

 

Dünya finalında hər iştirakçı ölkədən seçilmiş komandalar Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcək.

Böyük Finalın qalibi 10 000 avro, ikinci yerin sahibi 5 000 avro, üçüncü yer tutan komanda isə 2 500 avro pul mükafatı qazanacaq.

 

Eyni zamanda, Dünya Finalında ilk 10 yeri tutan startap layihələri kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olacaqlar. Bu akselerator proqramında hər bir layihəyə üç mərhələdə 95 000 avro maliyyə dəstəyi verilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi