Xocalı soyqırımına həsr olunan filmin çəkilişi başa çatır

09:56 09-08-2019 | icon 892 | Film
Xocalı soyqırımına həsr olunan filmin çəkilişi başa çatır

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün birinci qrant müsabiqəsinin qalib olmuş Azərbaycan Əlil Qadınlar Cəmiyyəti İB Xocalı soyqırımına həsr olunmuş “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filimin hazırlanması başa çatır. 

 

  

 

Əlil Qadınlar Cəmiyyəti.İB-nin Mətbuat xidmətindən Versus.Az-a verilən məlumata görə, “Əlil Qadınlar Cəmiyyəti”İB tərəfindən Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim olunan sənədli televizya filmi Azərbaycan xalqına qarşı həyata keçirilmiş Xocalı soyqırımının bütün dünyaya tanıdılması və bu soyqırıma beynəlxalq təşkilatlar tərəfindən siyasi, hüququ qiymət verilməsi məqsədini daşıyır. 


Layihənin koordinatoru “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Rəhimova, filmin ssenari müəllifi Mahir Qəribov, rejissoru isə İsmayıl Musayevdir.

 

Qeyd edəkki, filmdə 1992-ci il Xocalı soyqırımı zamanı gənc bir qızın və ailəsinin başına gələn hadisədən bəhs edilir. İnsanın qanını donduran bir faciədən...

Filmdə 10 yaşlı Ləfixanımın ailəsiylə birlikdə soyuq, qarlı qış gecəsində quduzlaşmış erməni əsgərlərindən xilas üçün necə qaçmasından, aclığa, susuzluğa, soyuğa 19 gün necə dözdüklərindən, ermənilərin girovuna çevrilmələri göstərilir. Erməni komandirinin onları silahla hədələməsi və Qırmızı Xaç Cəmiyyətinə onları bir şərtlə təhvil verəcəklərini deməsi filmin həyəcanını artırır.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı