Rusiyadan Ermənistana verilən reaksiya

15:36 09-08-2019 | icon 573 | Geopolitika
Rusiyadan Ermənistana verilən reaksiya

“Başqa ölkənin ərazisinin işğalı ilə münaqişəni dinc yolla həll etmək çağırışları bir araya sığmır”.

 

Versus.Az xəbər verir ki, bunu “Report”un Rusiya bürosuna verdiyi eksklüziv müsahibəsində Rusiya Dövlət Dumasında Rusiya – Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Ermənistanın baş naziri Nikol Paşinyanın işğal olunmuş Azərbaycan torpaqlarına gəlib hədələyici bəyanat verməsini şərh edərkən söyləyib.

 

“Ola bilsin, bu populist bəyanat Ermənistan əhalisinin diqqətini çətin iqtisadi vəziyyətdən yayındırmaq cəhdidir. Lakin regionda kövrək sülhün pozulması daha ağır itkilərə gətirib çıxara bilər, buna yol vermək olmaz. Bu regiona hərbi və siyasi təlatümlər yox, uzunmüddətli sabitlik lazımdır”, - deyən D.Savelyev Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb:

 

“Rusiya da Cənubi Qafqazda vəziyyətin daha da kəskinləşməsinə yol verməmək üçün danışıqlar prosesini ardıcıllıqla irəli aparan ATƏT-in Minsk qrupunun həmsədrlərindəndir. Beləliklə, Ermənistan baş nazirinin bu çıxışını həm Rusiyaya, həm də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dünya birliyinə qarşı bədniyyətli həmlə kimi dəyərləndirmək olar”.

“Ermənistanı davakar bəyanatları qırağa qoyub danışıqlar masasında daha konstruktiv mövqe tutmağa çağırıram. Həm erməni, həm Azərbaycan xalqı eyni dərəcədə sülh və əmin-amanlığa, firavanlığa, səmərəli iqtisadi inkişafa möhtacdır”, - rusiyalı deputat əlavə edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI