Azərbaycan güləşçisi Qran-pri turnirində erməniyə qalib gələrək finala yüksəlib
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Qran-pri turnirində finala yüksəlib.
Versus.Az -ın məlumatına görə, 82 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Ermənistan təmsilçisi Maksim Manukyanı məğlubiyyətə uğradıb. Hüseynov rəqibinə tam üstünlüklə - 9:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, final görüşü sabah keçiriləcək.
Versus.Az
Xəbər lenti
Rusiya Moskva yaxınlığındakı terrorda "Ukrayna izi" TAPDI
İstintaq terror aktının icraçılarının Ukraynadan...