Saçların sürətlə uzanmasına təsir edən maska

16:22 13-08-2019 | icon 510 | Sağlamlıq
Saçların sürətlə uzanmasına təsir edən maska

Günəşin və dənizin mənfi təsirləri nəticəsində saçlar yay aylarında quruyur və tez qırılır. Bu səbəbdən xanımların böyük bir hissəsi qısa saç kəsimlərinə yönəlir. Onların uzanması isə xeyli vaxt aparır.

 

Versus.Az bu yazıda oxucuları saçların sürətlə uzanmasına təsir edən yerkökü maskası ilə tanış edir.

İnqrediyentlər:

1 ədəd yerkökü, 1 çay qaşığı kokos yağı, 1 çay qaşığı küncüt yağı, 3 diş sarımsaq, 1 stəkan su.

Hazırlanması və tətbiqi:

Yerkökünü yuyub sürtgəcdən keçirin. Sarımsaqları soyub əzin və ya onu da sürtgəcdən keçirin. Yerkökü və sarımsağı kasaya töküb, üzərinə bir stəkan su əlavə edin. Maskanı zəif odda 20 dəqiqə qaynadın. Sonra qazanın soyumasını gözləyin.

 

Suyu süzüb maskanı saça çəkin və başınızı streçlə bağlayın. 1-2 saatdan sonra saçları ilıq su və şampunla yuyub qurudun.

Saçlarını uzatmaq istəyənlər bilməlidir ki, bu maska həftədə 1 dəfə edilməlidir. Təbii məhsullardan hazıranan bu maska həm saçları uzadacaq, həm də yumşaldıb parıltı qazandıracaq. (publika.az)

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin