Hacıların ilk qrupu avqustun 21-i Bakıya yola düşəcəklər

18:41 15-08-2019 | icon 397 | Cəmiyyət
Hacıların ilk qrupu avqustun 21-i Bakıya yola düşəcəklər

Azərbaycanlı zəvvarlar Həccin bütün əməllərini yerinə yetirərək hacı olublar.

 

Versus.Az “Report” -a istinadən xəbər verir ki, müqəddəs Həcc ziyarətinin bütün əməllərini bitirən azərbaycanlı hacılar avqustun 18-də Mədinə şəhərinə gedəcəklər. Orada üç gün qaldıqda Mədineyi-Münəvvərə şəhərindəki Məscidi-Nəbəvib və Bəqi qəbiristanlığında olacaqlar.

 

Hacıların ilk qrupu avqustun 21-i Bakıya yola düşəcəklər. Həmin gün Bakıya ümumilikdə üç reys nəzərdə tutulub.

 

Hacıları Vətənə gətirəcək ilk təyyarə reysi Səudiyyə Ərəbistanından Bakı vaxtı ilə saat 10.00-da yola düşəcək. Təyyarə saat 14.20-də Heydər Əliyev beynəlxalq hava limanında olacaq.

 

Avqustun 25-nə qədər davam edəcək reyslər gün ərzində 1 və ya iki dəfə planlaşdırılır.

 

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 (ötən il 1440) nəfərlik kvota ayrılıb. Bu il Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları (ötən il 4150 dollar) təşkil edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”