Aysel və Xoşqədəmin davasında son durum

18:54 15-08-2019 | icon 621 | Şou-biznes
Aysel və Xoşqədəmin davasında son durum

“Bəzi müğənnilər əməliyyatla müəyyən nahiyyələrini böyüdürlər, ya da arıqladırlar. Əməliyyatdan sonra onlar gözəl görünürlərsə, heç bir problem yoxdur. Gözəl, maraqlı, cazibəli görünənlər var. Amma mən həmişə incəliyi sevmişəm. Ona görə də heç yerimi böyütmürəm”. 

 

Versus.Az xəbər verir ki, bu sözləri musavat.com saytının suallarına cavab verən müğənni Aysel Əlizadə deyib. 

 

O, Türkiyədə “Yandırdın qəlbimi” mahnısı ilə tanınmasından da danışıb: “Türkiyədə fəaliyyətim davam edir. Bir müddət Bakıdayam, işlərimi həll etdikdən sonra İstanbula qayıdacağam. Yeni mahnılar üzərində işləyirəm. İstəyirəm ki, “Yandırdın qəlbimi” kimi sevilən mahnı oxuyum. O mahnının Türkiyədə bu qədər seviləcəyini düşünməmişdim. Mahnıdan sonra 30-dan çox konsert verdim. Amma bunları paylaşmadım. “Yandırdın qəlbimi” mənə yaxşı pul qazandırdı.”

 

- Son günlər vaynerlərin oxuduğu mahnılar “Youtube” trendinə düşür, birinci olur. Bu da birmənalı qarşılanmır. 

- Türkiyədə Reymen “Ela” mahnısı ilə trenddə birincidir. Qəşəng mahnıdır. Bizdə də trenddə maraqlı mahnılar olur. Keçən dəfə Azərbaycan və Türkiyə müğənnilərinin trend siyahısını hazırlamışdılar. Birinci Reynmen, ikinci mən idim. Şəbnəm Tovuzlu da vardı. Türkiyədə Üzeyir Mehdizadə, Şəbnəm Tovuzlu və Aysel Əlizadə dinlənilir. Sevinirəm ki, mahnımı klubda da, dönərçidə də, yolda da, hər yerdə dinləyirlər. O gün ifamı Rusiyanın məşhur aparıcısı paylaşmışdı. Özbəkistandan yazırlar mənə. Çox xoşbəxt oluram. 

- Siz konsertləri paylaşmırsınız, sanki dala çəkilmisiniz. İnsanlar da düşünür ki, Xoşqədəm Hidayətqızı Ayseli ailə dağıtmaqda ittiham etdiyi üçün depressiyaya düşüb, hər şeydən uzaqlaşıb.

- Arxadan atılan daş topuğa dəyir. Bu devizlə yaşamışam. Bütün dünyada məşhur simalar haqqında müxtəlif fikirlər səsləndirilir. Bu sənətə gələndə bilirdim ki, yaxşı tərəfləri qədər, çətinlikləri də var. Mən güclü insanam, heç vaxt depressiyanı ağır yaşamıram. Özümün psixoloquyam. O hadisələr yaşananda mən studiyada idim, mahnılar yazdırıb, konsertlər verirdim. Mənim üçün önəm daşımırdı.

- Həmkarlarınızın dəstəyini gördünüz?

- Əlbəttə, gördüm. Mənə zəng edib deyirdilər ki, üzülmə. Mən onları təsəlli edirdim ki, fikir verməyin, mən çox yaxşıyam, vecinizə almayın. Mənim vecimə deyil. Bu həyat bumeranqdır, hər kəs yaşatdığını yaşayır. O gün yazmışdılar ki, Aysel 10 min dollarlıq itinə ad günü etdi. On min dollara o itdən 15 dənə alaram. Bu uydurma xəbərlərə sadə insanlar inanır. İnsanlar sübut istəmirlər, onlar sözə inanırlar. 

- Siz Xoşqədəm Hidayətqızı ilə bağlı məhkəməyə müraciət edəcəyinizi demişdiniz. Aranızdakı qalmaqalın aqibəti necə oldu? 

- Bu haqda danışmaq istəmirəm. Yaşananlar haqqında kifayət qədər danışdım. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin