"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

20:12 18-08-2019 | icon 1163 | Cəmiyyət
"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

ƏLABBAS MƏHƏRRƏMLİ

/ekspert/

 

Quba.... Azərbaycanın dilbər guşəsi... Daglar diyari, Cənnətməkan Quba. Burada şair Mirmehdi Seyidzadənin sözləri xatirlanir:


Bir yanın Şah dağı, bir yanın Xəzər,
Meyvəli bağların ormana bənzər,
Səhər şəfəqlərin hüsnünü bəzər.
Sən belə deyildin əzəl, ay Quba,
Nə qədər gözəlsən, gözəl, ay Quba.


Yerində deyilən sözlərdir. Bəli, Quba həqiqətən də, gözəldir! Rəhmətlik atam Qubanı "bizim Kislovodsk" adlandırardı. Havası, təbiəti, mətbəxi... Bir sözlə, sadəcə, möhtəşəm!


Təbii, bu üstünlüklərin effektini azaldan nöqsanlar da var. Məhz o nöqsanlar Qubanın turizim potensialından səmərəli istifadəyə imkan vermir. Bu problem tək Qubada yox, turizmin inkişafı üçün münbit şərait olan digər bölgələrimizdə də yaşanır.


Bakıdan Qubaya gələn yolun bərbad vəziyyətdə olması həm yerli, həm də xarici turistləri Qubaya səfər etmək niyyətindən daşındırır.


Fürsətdən istifadə edib, Qubaya gələnlərin mütləq baş çəkdikləri Qəcrəşin rəmzi sayilan "Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm. Təkrar da olsa, yenə vurğulayıram ki, 
Quba cənnətdir, onu qorumalıyıq.

Bu təklifi bir necə dəfə səsləndirmişəm, bir daha xatırladıram:

Qubanin turizim zonalarına, məşhur istirahət məkanlarına, hündür dağlıq ərazilərə Azərbaycanın şanlı üçrəngli bayrağı yerləşdirilsin. Bu nümunə qardaş Türkiyədə geniş yayılıb. Hər yerdə o əzəmətli ay-ulduzlu bayraq dalğalanır. Bizdə niyə elə olmasın?


Yaşa Azərbaycanımız, yaşa Qubamız...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin