Heydər Əliyev Fondunun vitse-prezidenti 

07:08 21-08-2019 | icon 406 | Sağlamlıq
Heydər Əliyev Fondunun vitse-prezidenti 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 20-də Fondun layihələri çərçivəsində paytaxtdakı Talassemiya Mərkəzində, 1 saylı Şəhər Kliniki Xəstəxanasında, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə olunan uşaqlarla və onların valideynləri ilə görüşüb.

 

Heydər Əliyev Fondu ötən müddət ərzində səhiyyə və sosial sahələrdə bir sıra layihələr həyata keçirib. Bu layihələr sırasında “Talassemiyasız həyat naminə”, ürək qüsurlu uşaqlar, xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək və digər səhiyyə və sosial proqramları qeyd etmək olar.

 

Versus.Az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq məqsədilə növbəti dəfə paytaxtdakı Talassemiya Mərkəzində olub. Fondun təşəbbüsü ilə yaradılan Talassemiya Mərkəzinin əsas məqsədi ixtisaslaşdırılmış tibb ocağının və qan bankının təşkili, yüksək ixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri ilə təmin edilməsidir.

 

Daha sonra 1 saylı Şəhər Kliniki Xəstəxanasında müxtəlif şöbələrdə müalicə alan uşaqlara baş çəkildi, balacaların tezliklə sağalması arzuları ifadə olundu. Qeyd edildi ki, hazırda xəstəxananın uşaq-cərrahiyyə korpusunda 40-a yaxın uşaq müalicə alır.

 

Tibb müəssisələrində müalicə olunan uşaqlarla növbəti görüş Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında baş tutdu. Uşaqların müalicəsinin gedişi ilə maraqlanan Leyla Əliyeva Fondun səhiyyə və sosial sahələrlə bağlı məsələləri daim diqqətdə saxladığını bildirdi.

Balacalara, həmçinin müxtəlif hədiyyələr təqdim edildi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı