Yanğın söndürülüb
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Göygöl rayonunun Gəncə kəndi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.
FHN-dən Versus.Az-a verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Yanğın nəticəsində 0,5 ha sahədə quru ot, kol-kos və bir neçə ağac yanıb.
Yanğın söndürülüb.
Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.
Versus.Az
Xəbər lenti
Liftdəki ölümə görə direktora şiddətli töhmət verildi
İki nəfərə isə işdən çıxarıldı