Şəhid pilotun anım mərasimi keçirilib

08:28 22-08-2019 | icon 304 | Cəmiyyət
Şəhid pilotun anım mərasimi keçirilib

Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində şəhid mayor Təbriz Musazadənin anım mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin əməkdaşları, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kursantları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.

 

Müdafiə Nazirliyindən Versus.Az-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Mərasim iştirakçıları Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıblar.


Tədbirdə millət vəkili Qənirə Paşayeva çıxış edərək şəhidlərə dövlət qayğısından, şəhidliyə ehtiramın vətənpərvərlik tərbiyəsində əhəmiyyətindən danışaraq, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

 

Şəhid pilotun həyat yoldaşı Pərvaz Musazadə şəhidlərə və şəhid ailələrinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

 

Sonda “Onlar unudulmur” kitabının, Azadə Taleh Abbasqızının şəhid pilota həsr etdiyi “Vətənimin qürur yeri, Vətənimin şəhid oğlu” kitabının və ssenarisi əsasında hazırlanmış sənədli filmin təqdimatı olub.
Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı