Məhluqə Rəhimova: “Güclü lider kimi ölkə prezidentini görürük” - MÜSAHİBƏ

13:06 30-03-2018 | icon 1356 | Gündəm
Məhluqə Rəhimova: “Güclü lider kimi ölkə prezidentini görürük” - MÜSAHİBƏ

“Əlilliyi olan insanlarımız İlham Əliyevə səs verməyə hazırdılar”

 

Əlil Qadınlar Cəmiyyətinin prezidenti Məhluqə Rəhimovanın Versus.Az-a müsahibəsi.

 

- Məhluqə xanım, Əlil Qadınlar Cəmiyyəti olaraq ölkədə keçiriləcək prezident seçkilərini necə dəyərləndirirsiz?

 

- Mən təkcə Əlil Qadınlar Cəmiyyətinin rəhbəri kimi deyil, eyni zamanda bir Azərbaycan vətəndaşı olaraq ölkədə keçiriləcək seçkiləri yüksək qiymətləndirirəm. İnanıram ki, Azərbaycan xalqı öz layiqli nümayəndəsini seçəcək və ölkə prezidentinin namizədliyi mütləq çoxluq tərəfindən dəstəklənəcək.

Biz ölkənin ağır, çətin günündə, torpaqlarımızın işğal olunduğu bir vaxtda dövlətçiliyimiz üçün çalışan, siyasi iradəsini ortya qoyan, dünyada tanınmış siyasətçi kimi formalaşan prezidentimizə səs verməyə hazırıq. Mən istəməzdim ki, belə bir vaxtda müxalifət-iqtidar məsələsi ortaya atılsın. Bu gün bizim bir ağrılı yerimiz var, o da torpaqlarımzın işğalda olmasıdır. Ölkə prezidentinin bu ili Cümhuriyyət ili elan eləməsi təsadüfi deyil. O torpaqlar, o vətən bizimdir və mütləq geri qaytarılmalıdır. Bizə o torpaqları işğaldan azad etmək üçün öz siyasi iradəsini ortaya qoyan, düşmənə, işğalçıya havadarlıq edən güclərə qarşı öz gücünü göstərən güclü bir lider lazımdır. Və biz belə bir lider kimi ölkə Prezidenti İlham Əliyevi görürük. Bunu təkcə əlil insanlar deyil, bütövlükdə millətimiz istəyir.

Bu gün sosial sahədə görülən işlər - iqtisadi inkişafımız, bölgələrin sosial inkişafına dəstək proqramları və sair bu istiqamətdə görülən işlər, beynəlxalq arenada Azərbaycanın qazandığı uğurlar bu liderin nüfuzu və apardığı siyasətlə həyata keçirilir. Bizlər ölkədə aparılan bu işləri çox gözəl görürük.

- Sirr deyil ki, seçki ərəfəsində Azərbaycana qarşı təhqirlərlə ifadə olunan qara piar aparılır ki, bu da cəmiyyətdə müəyyən bir etiraz, təəssüf, hissini doğurub. Əlil Qadınlar Cəmiyyətinin neqativlərə qarşı reaksiyası nə oldu?

- Hesab edirik ki, söyüş və təhqirlərlə mübarizə aparmaq olmaz. Biz artıq hər birimiz sosial şəbəkələrdə bu prosesi izləyir və bunun sarsıntısını yaşayırıq. Bu gün xarici havadarlarına arxalanaraq özlərini guya ki, azərbaycanlı kimi təqdim edən və Azərbaycan əleyhinə qara piar aparan insanlar özləri başdan ayağa qədər qara çamura bulaşmış vəziyyətdədirlər. Mən təhqir, söyüşlə danışan həmin kəslərə azərbaycanlı deyə bilmərəm. Eləcə də cəmiyyətin sivil təbəqəsi, xalq onları düşmənə satılmış xəyanətkarlar hesab edirlər. Bu reallıqdır və biz dəfələrlə beynəlxalq qurumların tədbirlərində təmsil olunan zaman belələrini görmüşük.

- Sizcə seçki ərəfəsində söyüş kampaniyasının aparılması prosesə hansısa formada təsir edə bildi?

- Əslində onlar öz tərbiyəsizlikləri ilə özlərinə qarşı əks reaksiya yaratdılar. Onlar əcaib roliklər, təhqirli ifadələrlə özlərinin iç üzlərini göstərdilər. Mənə ən ağır gələn məqam, Dağlıq Qarabağda olan separatçı rejimin rəhbərinin Ağ Evdə Amerika senatı ilə görüşü zamanı bizimkilərin orada ermənilərə qoşulub ölkəmizə qarşı nümayiş etməsi idi. Bu nə dərəcədə düzdür? Sənin torpağın işğal olunub, balaca bir ölkən var, ikinci bir türk dövləti az qala xəritədən silinir və sən də gedib ermənilərlə birləşib ölkənə qarşı aksiya keçirirsən?! Bu ağlasığılan məsələ deyil.

 

“Mütləq şəkildə burda erməni fəaliyyəti var”

 

- Bu prosesdə daha çox aktiv olan qüvvələr kimlərdir?

- Qeyd edim ki, bizim bəzi müxalifət partiyaları öz kampaniyalarını çox eybəcərliklə aparırlar. Onlar ağzından süd iyi gələn uşaqları öz təsirləri altına salıb, evlərini yıxırlar. Yaxud, kimlərsə üzlərinə qara maska keçirib nümayiş edirlər. Əgər sən normal təbliğat aparırsansa niyə meydana maska geyinib çıxırsan? Bu nə deməkdir? Onların azərbaycanlı, yaxud başqa millətdən olduğunu nə bilək? Bütün hallarda erməni diasporası bundan çox gözəl istifadə edir. Mən deyərdim ki, bu gün o etirazçılardan 30 faizi bizimkilərdirsə, 70 faiz ermənilərdən ibarətdir. Mütləq şəkildə burda erməni fəaliyyəti var. İstəyirlər ki, Azərbaycan xalqını, Prezidentini gözdən salsınlar. Azərbaycanın inkişafına heç də sevinmirlər. Prezidentin “İrəvana qədər gədəcəyik” bəyanatı onları qorxudur. Onlar bu ilin Cümhuriyət ili elan edilməsinə qarşı çıxaraq, prezidentin yenidən seçilməsinə hər vəchlə kölgə salmaq istəyirlər. Hər bir Azərbaycan vətəndaşı bu eybəcərliyə qarşı çıxış edir.  İnsanlar reallığı görürlər və yaxşı başa düşürlər ki, kampaniyaları söyüşlə deyil, sivil qaydada aparmaq lazımdır. Mən də sosial şəbəkədə buna qarşı bir yazı yazdım, mənə elə əcaib cavab verdilər ki, bunu ağlıma belə gətirə bilmirəm.

 - Əlil Qadınlar Cəmiyyəti olaraq seçki təbliğatınızı necə aparırsınız?

- Bizim təşkilat 1998-ci ildən formalaşıb və respublikanın bütün rayonlarında şöbələrimiz fəaliyyət göstərir. Bu gün Azərbaycanda əlilliyi olan insanlar səsvermədə şəxsən iştirak etmək istəyirlər. Bütün sədrlərimiz öz siyahılarını tutub seçki kamissiyalarına təqdim ediblər və  özləri də seçki kamissiyalarında təmsil olunurlar. Bu gün əsas ideyamız əlilliyi olan insanların seçkilərdə normal iştirakına yardımçı olmaqdır. Bununla bağlı dairə seçki kamissiyaları ilə mütəmadi əlaqə saxlayırıq. Əlil arabasında olan, evdən çıxması məhdud olan insanlara “daşınan qutular”ın aparılması ilə bağlı işi nizamlamışıq. Əlil arabasında olub, lakin səs vermək üçün məntəqəyə getmək istəyən əlillərə də maşınların ayrılması ilə bağlı dəstək veriləcək.

Bu gün əlilliyi olan insanlara yaradılan imkanlar dünyanın heç bir yerində yoxdur. Keçmiş SSRİ məkanında olan ölkələrin heç birində Azərbaycanda olduğu kimi əlillərə imtiyazlar verilmir.

Əlil təşkilatları olaraq hamımız seçki kampaniyasının içindəyik və prezidentə dəstək verəcəyik. Əlilliyi olan qadınlar, qızlar hər biri ölkə prezidentinə səs verməyə hazırdırlar. Allah ölkə prezidentinə cansağlığı versin, yolunu açıq eləsin.

Bizim Qərbi Azərbaycana qayıtmaq fikrimiz var. Bütün Azərbaycan Qərbi Azərbycanı qaytarmaq üçün təbliğat kampaniyalarına başlamalı, öz qədim torpaqlarını tələb etməlidir ki, Qarabağa yol açılsın. Biz dövlət başçımızın arxasındayıq. Dövlətimiz, millətimiz üçün bütün gücümüzü ortaya qoymağa hazırıq.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI