Qənirə Paşayeva türk dünyasına birlik çağırışı edib

14:15 30-03-2018 | icon 1009 | Gündəm
Qənirə Paşayeva türk dünyasına birlik çağırışı edib

 

“Ermənistan kimi işğalçılara qarşı daha güclü mübarizə üçün lazım olan güc birlikdən keçir”

 

Okuklu Holdinqin təşkilatçılığı ilə keçirilən Afrin Zəfəri Festivalında çıxış edən millət vəkili Qənirə Paşayeva Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyib, terroru və arxasında duranları lənətləyirik deyib.

 

Versus.az-ın məlumatına görə, Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Bildirib ki, qardaş Türkiyədə terrorla mübarizədə qazandığı uğurlara harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk övladı sevinir. Millət vəkili Azərbaycanda ön cəbhəni qoruyan əsgərlərimizin, qardaş Türkiyənin terrorla mübarizəsini aparan Mehmetciklərimizin hər zaman yanında olduğumuzu vurğulayıb.

 

Azərbaycan və Türkiyə millət vəkillərinin, ziyalıların, QHT və KİV-lərin iştirakı ilə Bakıda keçirilən bu tədbirin dosta da düşmana da mesaj olduğunu deyən Q.Paşayeva ümummilli lider Heydər Əliyevin söylədiyi kimi biz bir millətin iki dövlətiyik deyib:

 

 “Biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq. Cənab prezident İlham Əliyev əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və dosta da, düşmənə də çox önəmli mesaj oldu. Dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi