"Azərbaycan haqlı olsa da, biz Ermənistanı dəstəklədik"

11:29 26-08-2019 | icon 546 | Geopolitika
"Azərbaycan haqlı olsa da, biz Ermənistanı dəstəklədik"

İran İslam İnqilabının əsas ideoloqlarından biri Ayətulla Murtəza Mütəhhərinin oğlu, İran parlamentinin üzvü Əli Mütəhhəri ölkəsinin Qarabağ, uyğurlar və Kəşmir məsələsi ilə bağlı mövqeyini tənqid edib.

 

Versus.Az virtualaz.org-a istinadən xəbər verir ki, Ə.Mütəhhəri Cammu və Kəşmirdə gedən son proseslərlə bağlı yazılı açıqlamasında İranın xarici siyasəti ilə razılaşmadığını bildirib.

 

"Hindistan hökumətinin Cammu və Kəşmirin muxtariyyətini ləğv etməsi məzlum xalqın haqlarının olmaması deməkdir və Hindistan burada zalım mövqeyindədir. İranın Pakistan və Hindistanı sabitliyə dəvət etməsi kifayət deyil. Biz digər müsəlmanların düşdüyü vəziyyətə laqeyd qala bilmərik",-deyə deputat vurğulayıb.

 

Millət vəkili Dağlıq Qarabağ münaqişəsi zamanı ölkəsinin Ermənistanın tərəfini tutduğunu da etiraf edib: "Azərbaycan və Ermənistan arasındakı Qarabağ problemində Azərbaycanın haqlı olmasına rəğmən, biz etnik narahatlığa görə Ermənistanın tərəfini tutduq. Biz Çinin Uyğur vilayətindəki müsəlmanlara qarşı işgəncə və təzyiqlərinə görə lazımi mövqe nümayiş etdirmədik. Biz Kəşmirdə yaşayan xalqın haqqının təmin edilməsinə kömək etməliyik".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı