Qorxu və psixotriller janrında "Adam" filmi çəkilib - FOTO

13:54 26-08-2019 | icon 427 | Mədəniyyət
Qorxu və psixotriller janrında "Adam" filmi çəkilib - FOTO

"Alioglu Media Group"un istehsalı olan "Adam"  filmi qorxu və psixotriller janrında çəkilmişdir.

Versus.Az trend-ə istinadən bildirir ki, filmin çəkilişləri 2018-ci ilin noyabr ayında başlanmışdır. Film Gədəbəy, Tovuz, Qovlar, İsmayıllı və Bakı şəhərində çəkilmişdir. Filmin ssenari müəllifləri Amil Alioğlu, Sadiq Nasirov. Quruluşçu rejissoru Amil Alioğlu, quruluşçu operatoru Mətləb Yaquboğlu, quruluşçu rəssamı Amil Alioğlu, bəstəkarı və musiqi tərtibatçısı İffət Əsgərov, baş prodüseri Bayram Murquzov, rejissor İbrahim Əbilov, icraçı prodüseri Habil Alioğlu, qrim rəssamı Şəfa Cabbarova, montaj rejissoru Firdovsi A.Nəbiyev.

Filmdə iştirak etmişlər: Amil Alioğlu, Mehriban Quliyeva, Rəşad Səfərov, Zülfiyyə Məmmədova, Arzu Abdulova, Murad Abdullayev, Elvina Atakişiyeva, Elvin Ağayev, Lena Xosrovova, Xanım Sadıqova, Rəvan İbrahimov, Səma İbrahimova, Məhəmmədəli Aslanov, Rəsul Hümbətov, Gülnar Məmmədova, İbrahim Əbilov və başqaları.

Filmin qısa məzmunu: Balaca Aişə yaşına aid olmayan kitabı oxuyaraq düşdüyü vəziyyət və ailədə psixitravma almış "Adam"la qarşılaşdıqda başına gələn hadisələrdən bəhs edir. Valideyni ilə səfərə çıxan uşaq anası ilə yolda muxtəlif hadisələr ilə qarşılaşırlar. Gedəcəkləri məkana bir neçə kilometr qalmış, yolda avtoqəza nəticəsində əsas yolun bağlandığı üçün alternativ təhlükəli meşə yolu ilə getməli olurlar. Bir neçə metr getdikdən sonra, önlərinə kimsə çıxır və idarəetməni itirib qezaya düşürlər. Önlərinə çıxan adam və onun köməkçisi ilə onları tutaraq daxmaya aparırlar. Bunları tutan adam ailədə zorakılıq nəticəsində psixi travma almışdır. İnsanlığa nifrət edən adam, onun yaşadığı əraziyə daxil olan hər bir kəsi işgəncə və əzabla öldürür. Adam tutduğu ana-balanı həmin işgəncə ilə öldürməyi planlaşdırır. Onları xilas etməyə gələn hər bir kəs adamın işgəncəsinə məruz qalırlar...

 

Amil Alioğlu: "Filmdə maarifləndirici amillər öz əksini tapmışdır.  Bədii filmin məqsədi, uşaqların yaşına uyğun olmayan kitabları oxumaqdan yayındırmaq, ailədə baş verən zorakılıqların nəticəsində uşaqlarda psixotravma almasının və yaranacaq fəsadların qarşısını almaqdır. Bir ailədə zorakılıq olarsa, həmin ailədə uşaqların psixotravma alaraq ictimaiətə dəyərli övlad olmayacağını, əksinə ictimaiət üçün zərərli adam olacağını göstərməkdir. İnsanlar arasında sevgi olarsa, biri və ya bir neçəsi təhlükədə olan zaman , digər sevdiyi insanlar onun xilası üçün hər bir təhlükəni gözə alacağını göstərməkdir".

 

Film Azərbaycan kinoteatrlarında yayımlandıqdan sonra, bir neçə festivallara göndərmək üçün istehsal edilmişdir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol