Bəzi rektorlar Təhsil Nazirliyinin qərarını qulaqardına vururlar - QALMAQAL

14:23 26-08-2019 | icon 422 | Təhsil
Bəzi rektorlar Təhsil Nazirliyinin qərarını qulaqardına vururlar - QALMAQAL

Xəbər verdiyimiz kimi, təhsil naziri Ceyhun Bayramov  bir müddət öncə ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırıq verib.

“Təhsil Nazirliyinin kollegiyasının qərarına əsasən, ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın: 
- Ödənişli təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaratsınlar”, deyə nazirin tapşırığında bildirilib.

Amma deyəsən bəzi universitet rektorları bu tapşırığa əməl etmək istəmir.

Versus.Az yerli mediaya istinadən məlumat verir ki, təhsil eksperti Kamran Əsədov bildirib ki, Təhsil Nazirliyinin kollegiyası rektorlara tələbələrin təhsil haqqını hissə hissə ödəməyə imkan yaratmağı tövsiyə etsə də, buna riayət edilmədiyi barədə siqnallar gəlir:

 

“Ayıb olsun sizə ki, təhsili bazara çeviribsiz. İnsanların maddi imkanı olsa, tam şəkildə ödəyər. 
Bir neçə universitetin məsul şəxsləri onlara müraciət edən tələbələrə deyir ki, “Təhsil Nazirliyinin qərarını göstərin”. Bunu 17 yaşlı vətəndaşdan tələb etmək ayıbdır. Plan yerləriniz 2 qəbul kampaniyası ilə güclə dolub. Hətta tam şəkildə belə dolmayıb. Bu tələbə onsuz da təhsil haqqını ödəyəcək, amma indi tam şəkildə imkanı çatmır. Yarısını indi ödəsin, yarısını da yanvar ayında. 
Baxıram ki, mənə daxil olan 100-dən çox müracət bu mövzudadır ki, universitetlər təhsil haqqını hissə hissə ödənişə imkan vermirlər. 

Türkiyə universitetlərinin həm təhsil haqqı bizdəkindən dəfələrlə azdır, həm də onlar tələbəyə nəinki 2 dəfəyə, hətta 3 dəfəyə təhsil haqqını ödəmək imkanı verirlər”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı