Azərbaycanda bu universitetə rekord sayda tələbə qəbul oldu

15:20 26-08-2019 | icon 415 | Təhsil
Azərbaycanda bu universitetə rekord sayda tələbə qəbul oldu

Bu il Azərbaycan Dövlət Aqrar Universitetinin qəbul planı ilk mərhələdə 92,12% dolub. 

 

Versus.Az xəbər verir ki, bu barədə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

 

Məlumata görə, 2019/2020 tədris ilində ADAU üçün ayrılmış 1485 yerdən 1368 yerə tələbə qəbul olunub. Bu, ADAU tarixində ən yüksək qəbul göstəricisidir. ADAU-da tələbə qəbulu üzrə son ən yüksək göstərici 2018/2019-cu tədris ilində qeydə alınmış, ötən il bu ali təhsil müəssisəsinə 1292 tələbə qəbul olmuşdu.

Yeni tədris ilində əyani və qiyabi şöbələr üzrə 54 ixtisas üzrə qəbul aparılıb. Qəbul imtahanlarının ilk mərhələsində 40 ixtisas üzrə qəbul planı tam dolub. Qəbul imtahanlarının ilk mərhələsində ADAU-nun kənd təsərrüfatı ixtisasları üçün nəzərdə tutulmuş yerlərin mütləq əksəriyyəti dolub ki, bu da abituriyentlər arasında aqrar ixtisaslara marağın artmasının göstəricisi sayıla bilər.

Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetində təhsilin stimullaşdırılması üçün ötən ildən başlayaraq bir sıra tədbirlər görülür. Ali məktəblərə qəbul imtahanlarında 400 baldan yuxarı toplamış və Azərbaycan Dövlət Aqrar Universitetini seçmiş tələbələrə 100 manat, 500 baldan yuxarı toplamış tələbələrə isə 200 manat əlavə təqaüd verilir. Eyni zamanda ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 70 manat, imtahan sessiayaları zamanı fənndən maksimum nəticə göstərmiş tələbələrə isə 100 manat əlavə təqaüd verilməsi nəzərdə tutulur. 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?