İsrail alimləri 3D çap vasitəsilə mərcan qayalarını bərpa edirlər

15:22 26-08-2019 | icon 371 | Maraqlı
İsrail alimləri 3D çap vasitəsilə mərcan qayalarını bərpa edirlər

İsrailin Texnologiya İnstitutu və Bar-İlan Universitetinin alimlərindən ibarət tədqiqatçılar qrupu 3D çap vasitəsilə bütün dünyada mərcan qayalarının bərpası üçün bir sistem yaradıblar. Bu sistem vasitəsilə ətraf mühitin və suyun temperaturunun təsirinə məruz qalmayacaq süni mərcan qayaları hazırlamaq mümkündür.

 

Versus.Az-ın məlumatına görə, AZƏRTAC hightech.fm saytına istinadla xəbər verir ki, mərcan qayaları mütəmadi olaraq məhvə məruz qalır. Bunun bir çox həm təbii, həm də antropogen səbəbləri vardır. Tədqiqatçılar bunun əsas səbəblərindən biri kimi iqlim dəyişikliyini göstərirlər.

Yeni yaradılan texnologiya hazırda İsrailin Eylat sahillərində tətbiq olunur. Tədqiqatçıların sözlərinə görə, 3D çapının köməyilə zəngin sualtı ekosistemi bərpa etmək mümkün olacaq.

Çap olunmuş 3D qayalar təbii mərcan qayalarını təqlid edərək müxtəlif növ balıqların diqqətini çəkə biləcək. Alimlərin fikrincə, balıqlar bu süni mərcan qayalıqlarında çox asanlıqla məskunlaşa bilər.

Suda quraşdırılan 3D printerdə polilaktik kimyəvi turşusundan, qarğıdalıdan hazırlanan bioloji aktiv bioplastikadan, maniokdan və şəkər qamışından istifadə olunur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı