“Putinlə görüşdən müsbət nəticələrlə qayıdacağıma ümid edirəm”

17:06 26-08-2019 | icon 359 | Dünya
“Putinlə görüşdən müsbət nəticələrlə qayıdacağıma ümid edirəm”

“Suriyada Bəşər Əsəd rejimi hər gün məsum qanı tökür. Qüdsdə, Fələstində zülmlər var. Balkanlardan Qarabağa qədər uzanan qətliamları da unutmadıq”.

 

Versus.Az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin qeyd olunması mərasimində bildirib. Prezident deyib ki, heç bir iqtisadı maraq Türkiyəni haqqı söyləməkdən və haqqın yanında olmaqdan çəkindirə bilməz: “Malazgirt zəfərini belə təntənəylə qeyd ediriksə, əleyhimizə olan layihələr demək ki, çöküb. Biz “İnsanı yaşat ki, dövlət yaşasın” deyiminə uyğun hərəkət edirik. Əcdadlarımızın əsrlər boyunca hüzurla, ədalətlə idarə etdiyi coğrafiyalar bu gün zülm və səfalət içində qıvranır. Min illərdir qanımızla, canımızla özümüzə vətən seçdiyimiz bu torpaqlar inşallah, yenidən yüksəlişimizə şahidlik edəcək. İqradan Suriyaya, Şərqi Aralıq dənizindən digər bölgələrə uzanan mücadilələrimizi zəfərlə şərəfləndirəcəyik. Bizə “Türkiyənin Orta Şərqdə nə işi var?” deyənlərə açıb tarixi yaxşı-yaxşı oxumalarını tövsiyə edirəm. Biz Adana müqaviləsinin tələbləri nədir, onu yerinə yetirəcəyik”.

Türkiyə prezidenti deyib ki, Türkiyə quru qoşunları yaxın zamanlarda Fəratın cənubuna daxil olacaq.

R. T. Ərdoğan Rusiyaya prezidenti Vladimir Putinlə sabah Moskvada İdlib mövzusundakı görüşündən müsbət nəticələrlə geri qayıdacağına ümid etdiyini də vurğulayıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI