Azərbaycanlı qız təhsil üçün Türkiyəyə getdi, özünə şirkət qurdu

11:12 27-08-2019 | icon 313 | Cəmiyyət
Azərbaycanlı qız təhsil üçün Türkiyəyə getdi, özünə şirkət qurdu

1992-ci ildə təhsil almaq üçün Türkiyəyə gedən azərbaycanlı Gülşən Qasımzadə böyük uğura imza atıb.

 

Versus.Az  xəbər verir ki, soydaşımız Türkiyədə "Çınar Doğal Kozmetik" adlı şirkət yaradıb.

 

Antalyada yaşayan Gülşən Qasımzadə Türkiyə vətəndaşlığı alıb və şirkətinin istehsal etdiyi məhsulları dünyanın bir çox ölkəsinə satmağı planlaşdırır.

Həmyerlimiz deyir ki, iki il əvvəl hobbi olaraq təbii bitki kremləri və sabun hazırlamağa başlayıb. 

"Lakin ətrafımdakı insanlardan müsbət rəylər almağım bununla ciddi məşğul olmağıma səbəb oldu. Beləliklə də 2019-cu ilin aprelində şirkətimi qurdum".

G.Qasımzadənin sözlərinə görə, hazırda şirkəti günə 50 sabun, 30 qab krem istehsal edir:

"Sabunların hazırlanmasında əsas xam maddə zeytun yağlarıdır. Bundan başqa, digər bitki yağlarından da istifadə olunur. Məhsullarımız ancaq bitki yağlarından düzəldilir və tərkiblərində heyvan yağları, duz, alkoqol , neft məhsulları yoxdur".

Məhsullarını internet saytı vasitəsilə satışa çıxardıqlarını deyən şirkət sahibi qeyd edib ki, müştərilər üçün sabun və kremləri Türkiyənin hər yerinə çatdıra bilirlər:

"Hələ ixracata başlamamışıq, lakin ən yaxın zamanda məhsullarımızı ixrac edəcəyik. Başda Azərbaycan olmaqla, türk dövlətlərinə və Rusiyaya ixrac planlarımız mövcuddur".

Qeyd edək ki, Gülşən Qasımzadə Azərbaycanda anadan olub və 1992-ci ildə Ege Universitetinin Biologiya fakültəsində təhsil almaq üçün Türkiyəyə gedib.

"Ailəmdən heç bir maddi dəstək almamışam, yalnız dövlətin verdiyi təqaüd hesabına oxumuşam. Həm maddi, həm də mənəvi baxımdan bir çox problemlərim olub. Ancaq düşünürəm ki, çətinliklər həmişə insanı inkişaf etdirir. Məzun olandan sonra müxtəlif tibbi qurumlarda və kosmetik məhsulların istehsalı sahəsində işləmişəm. İndi isə ən sevdiyim hobbimi işə çevriməyin xoşbəxtliyini yaşayıram", - deyə şirkət sahibi qeyd edib. (oxu.az)

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı