İndoneziya prezidenti yeni paytaxtı elan etdi

12:24 27-08-2019 | icon 313 | Dünya
İndoneziya prezidenti yeni paytaxtı elan etdi

İndoneziya prezidenti ölkə paytaxtının Cakartadan Şərqi Kalimantan vilayətinə köçəcəyini bəyan edib.

 

Bazar erttəsi müxbirlərlə söhbəti zamanı prezident Coko Vidodo deyib ki, İndoneziyanın Malayziya və Bruneylə paylaşılan Borneo adasını vilayət olaraq seçmə qərarı dərin araşdırmalardan sonra verilib.

 

Onun sözlərinə görə, yeni paytaxt üçün ən ideal yer Paser Penacam və Kutai Kertanegara mahallarının arasındakı ərazidir.

“Biz Cakarta və Cava adasının yükünü daim daşıya bilmərik və bu problemləri dərhal həll etməliyik,” deyə prezident bildirib.

İndoneziyanın Borneo bölgəsində yeni bir paytaxtın yaradılması barədə on illərdir davam edən müzakirəsi bu ilin aprel ayında, prezident Vidodonun paytaxtın ölkə əhalisinin ən sıx məskunlaşdığı Cava adasındakı Cakartadan köçməsi üçün planı təsdiqləməsinə yol açdı.

Hazırkı paytaxt Cakartada 10 milyondan çox insan yaşayır. Lakin ətraf şəhərlərdə bundan üç dəfə çox adamın məslunlaşması ərazidə sərt nəqliyyat tıxaclarına səbəb olur ki, hökumət bunun hər il $7 milyard dollar həcmində iqtisadi itkiyə gətirib çıxardığını təxmin edir ("Amerikanın səsi").

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı