Köhnə Həmkarlar təşkilatının üzvlüyündən İMTİNA

13:27 07-08-2023 | icon 581 | Cəmiyyət
Köhnə Həmkarlar təşkilatının üzvlüyündən İMTİNA

Fuad Əliyev: "Çəkinmədən Müstəqil Həmkarlar Birliyinə üzv ola bilərsiniz"

 

“Müstəqil Həmkarlar Birliyi yaranan gündən təşkilata müəllimlərin və səhiyyə işçilərinin şikayətləri daxil olur. Şikayət edənlər maaşlarından üzv olduqları Həmkarlar təşkilatına 2% tutulmasını istəmədiklərini deyirlər”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında prezidentliyə eks namizəd, Müstəqil Həmkarlar Birliyinin sədi Fuad Əliyev bildirib.

 

Onun sözlərinə görə, şikayət edənlərin əksəriyyəti üzv olduqları Həmkarlar təşkilatından çıxıb Müstəqil Həmkarlar Birliyinə üzv olmaq istəyirlər:

 

“Ünsiyyətdə olduğumuz vətəndaşlar bildirirlər ki, illər boyu üzv olduqları Həmkarlar təşkilatı onların hüquqlarını qorumur. İşçilərlə əmək müqaviləsi belə bağlanmır. Bağlanılanların əksəriyyətində də tarix qoyulmayıb. Bu da işəgötürənə imkan verir ki, nədənsə narazılıq edən işçini istənilən vaxt işdən çıxarsın".

 

Vətəndaşların başqa problemləri də qeyd etdiklərini vurğulayan F.Əliyev bildirdi ki, çoxları qanunla onlara aid imtiyazlardan yararlana bilmirlər:

 

"Həmkarlardan bir həftə, on günlük istirahət etmək üçün “putevka” tələb etdikdə, “artıq yoxdur” cavabı alırlar. Birdəfəlik yardım ala bilmirlər və sair. Mənim onlara bir təklifim olub. Üzv olduqları Həmkarlar təşkilatlardan çıxıb Müstəqil Həmkarlar Birliyinə üzv olsunlar”.

 

Fuad Əliyevin sözlərinə görə, Həmkarlar təşkilatlara üzvlükdən çıxmaq üçün müraciət edənlərə rədd cavab verirlər:

 

“Bizə müraciət edən həkimlər, müəllimlər Həmkarlar təşkilatlardan üzvlükdən çıxmaq üçün müraciət edirlər. Həmin Həmkarlar təşkilatların rəhbərlikdən qeyri-qanuni rədd cavabı alırlar. Niyə qeyri-qanuni? Çünki üzv olmaq və üzvlükdən çıxmaq könüllüdür. İşçi Həmkarlar təşkilatın üzvlükdən istənilən an ərizə yazaraq çıxa bilər. Həmkarlar təşkilatından çıхmaq könüllü оlaraq ərizə vеrilən gündən həyata kеçirilir. Buna görə işçilərin işdən azad edilməsi yolverilməzdir. Hamıya müraciət edirəm, heç nədən çəkinməyərək, üzv olduğu Həmkarlar təşkilatından çıxmaq haqqında ərizələri verib, Müstəqil Həmkarlar Birliyinə üzv ola bilərlər. Müstəqil Həmkarlar Birliyi olaraq onların hüquqlarını qoruyacağıq”.

 

AYSEL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı