Bu ölkə tarixi ərzində ilk dəfə neft ixrac etdi

16:12 27-08-2019 | icon 391 | Dünya
Bu ölkə tarixi ərzində ilk dəfə neft ixrac etdi

Keniya ölkə tarixində ilk dəfə dünya bazarına xam neft çıxararaq neft ixracatçıları qrupuna daxil olub.

 

Versus.Az xəbər verir ki, Keniya Prezidenti Uhuru Kenyatta neftlə dolu ilk tankerin yola salınması ilə əlaqədar Mombas limanında keçirilən təntənəli mərasimdə çıxış edərək bu hadisəni ölkə tarixində dönüş nöqtəsi adlandırıb. Dövlət başçısı, həmçinin göyərtəsində 200 min barrel neft daşıyan tankerdə milli bayraq qaldırıb.

 

Keniya neftinin ilk partiyası beynəlxalq hərracda Çin kompaniyası tərəfindən 12 milyon dollara alınıb və emal olunması üçün Malayziyaya yola salınıb.

 

Qeyd edək ki, Keniyada ilk neft yatağı 2012-ci ildə Lokiçar vadisində aşkarlanıb. Yatağın ehtiyatları 560 milyon barrel həcmində qiymətləndirilir. Hazırda ölkədə sutka ərzində 80 min barrel xam neft hasil olunur. Bununla yanaşı, yeni geoloji tədqiqatlara əsasən, Lokiçar Keniyanı şimaldan cənuba kəsən Böyük rif vadisi üzrə yerləşən nəhəng neft vilayətinin bir hissəsi ola bilər. (publika.az)

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı