Rüstəm gümüş, Hidayət bürünc medal qazandı - YENİLƏNİB

17:02 27-08-2019 | icon 372 | İdman
Rüstəm gümüş, Hidayət bürünc medal qazandı - YENİLƏNİB

Azərbaycan cüdoçuları Yaponiyada keçirilən dünya çempionatının 3-cü günündə 2 medal qazanıb. 

 

Azərbaycan cüdoçuları Yaponiyada keçirilən dünya çempionatının 3-cü günündə 2 medal qazanıb. 

Versus.Az Sportal.az-a istinadən xəbər verir ki, hər iki medal 73 kq çəki dərəcəsində əldə edilib.  Hidayət Heydərov bürünc medal uğrunda görüşdə əlavə vaxtda Tacikistan idmançısı Somon Maxmadbekova qalib gələrək dünya üçüncüsü olub. 

Bu çəkidə çıxış edən digər cüdoçumuz Rüstəm Orucov isə yalnız final görüşündə  uduzub. O, həlledici görüşdəi yaponiyalı olimpiya və dördqat dünya çempionu Sexey Ono "ippon"la uduzaraq gümüş medala layiq görülüb. Qeyd edək ki, yarımfinalda Rüstəm komanda yoldaşı Hidayət Heydərova qalib gəlməklə finala yüksəlmişdi.

Bu gün mübarizəyə qoşulan milli komandamızın digər üzvü - qadınlar arasında 57 kq çəkidə çıxış edən monqolustanlı legioner İçinxorloo Munxtsedev isə elə ilk görüşdə uduzaraq mübarizəni dayandırıb.

Yarışın əvvəlki 2 günündə isə Azərbaycan cüdoçularından Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Larisa Aleksandra Florian (hər ikisi 52kq) uğursuz çıxış edib.

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI