"Mühacir müxalifət öz çirkin təbliğatı ilə erməni dəyirmanına su tökür"

12:38 28-08-2019 | icon 387 | Siyasət
"Mühacir müxalifət öz çirkin təbliğatı ilə erməni dəyirmanına su tökür"

Son günlərdə mühacir müxalifətin anti-Azərbaycan təbliğatında yeni bir meyl özünü aydın şəkildə göstərməyə başlayıb.

 

Versus.Az  bildirir ki, bunu baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov özünün "Facebook" səhifəsində yazıb.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanı yerli-yersiz tənqid etmək, müxtəlif yalanlar və böhtanlarla onun imicini zədələmək yolu seçmiş radikal müxalifət və onun mühacir qanadı təbliğat kampaniyasında Ermənistan faktorundan istifadə etməyə başlayıb: "Sözügedən müxalifətin siyasi təbliğatında və davranışında erməni faktorundan faydalanmaq, Azərbaycana qarşı birgə mübarizə aparmaq taktikası yeni deyil. Təxminən 15 il bundan əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənclər şöbəsinin sədri və Əli Kərimlinin ən yaxın çevrəsinə daxil olan Ruslan Bəşirlinin Azərbaycan hakimiyyətinə qarşı birgə fəaliyyət göstərmək məqsədilə Tiflisdə ermənilərlə danışıqlar aparması, maliyyə yardımı istəməsi barədə söhbətləri yəqin ki, çoxlarınin yadındadır. O zaman bu iyrənc plan ifşa edildi, AXCP-nin əsl anti-Azərbaycan mahiyyəti üzə çıxdı".

Ə.Əhmədov bildirib ki, indi onlar anti-Azərbaycan kampaniyasında erməni faktorundan yenidən gen-bol istifadə etməyə başlayıblar: "Xüsusilə də mühacir müxalifətin Ermənistanın təbliğatçısı rolunda çıxış etməsi, ən bayağı formada Azərbaycana nümunə göstərməsi onların nə qədər ziyanlı və iyrənc vasitələrdən istifadə etmələrindən xəbər verir. Hətta onlar Ermənistanın "demokratik", "tərəqqidə olan", "Azərbaycandan daha üstün" ölkə obrazını yaratmaq naminə yalanlar uydurmaqdan belə çəkinmirlər. Belə yalanlardan biri bundan ibarətdir ki, güya Ermənistan parlamentində müxalifətə 30 faizlik kvota verilib, Azərbaycanda isə bu təcrübə yoxdur. Beləliklə, onların yalanları sayəsində Ermənistanın güya daha demokratik imici "yaradılır". Əvvəla, onlar ya başa düşmür, ya da başa düşmək istəmirlər ki, parlamentdə müxalifətə və ya digər siyasi partiyalara kvota verilməsi demokratiya anlayışı ilə qətiyyən bir araya sığmır. Çünki bu halda deputatların seçilməsindən deyil, kvotaya uyğun olaraq təyin olunmasından söhbət gedə bilər. İkincisi isə, mühacir müxalifətin Ermənistanı daha "demokratik" ölkə qismində göstərmək üçün bəh-bəhlə təriflədiyi "kvota" məsələsi tamamilə ağ yalan, uydurmadır. Ermənistan konstitusiyasına əsasən, parlamentdə kvota praktikası tətbiq olunmur. Ümumiyyətlə, heç bir demokratik dövlətdə belə praktika yoxdur. Qeyd etmək istədiyim digər nümunə isə müxalifətə yuxarıda qeyd olunanlardan heç də az utanc gətirmir. Yenə də mühacir müxalifət internet TV-də Ermənistanın baş nazirinin daha "demokratik" obrazını yaratmaq məqsədilə Paşinyanın Dağlıq Qarabağa qeyri-qanuni səfəri zamanı keçmiş prezident Serj Sarkisyanın onu müşayiət etməsi milli birlik naminə atılan "möhtəşəm" jest kimi qiymətləndirilir. Lakin həmin jest sahibinin digər keçmiş prezident Koçaryanı həbsə atdırması barədə söhbət açılmır. Səbəbi isə çox sadədir: bu onların uydurduğu "demokratik, milli birliyi təmin olunmuş" Ermənistan obrazına, başqa sözlə desək, işğalçını tərifləmək taktikasına uyğun gəlmir".

"Həmin TV kanallarında Ermənistanın "inkişaf edən, çiçəklənən" ölkə obrazında təqdim etmək naminə Əli Kərimlinin saxta rəqəmlər səsləndirməsini də deyilənlərə əlavə etsək, müxalifətin sözügedən qanadının əsl sifəti haqqında təsəvvürlər daha dolğun olar. Ancaq bizi narahat edən müxalifətin nə sifəti, nə də rəngidir. Narahatçılığımız mühacir müxalifətin öz çirkin təbliğatı ilə erməni dəyirmanına su tökməsindədir. Erməni tərəfi, heç şübhəsiz, həmişə olduğu kimi, Azərbaycan müxalifətinin Ermənistanı "demokratik", Azərbaycanı isə "qeyri-demokratik" ölkə kimi qələmə vermək cəhdlərindən Dağlıq Qarabağı Azərbaycandan ayırmaq istiqamətində apardıqları təbliğatında faydalanmağa çalışacaq. Bizi narahat edən, bizdə müxalifətin həmin hərəkətinə qarşı ikrah hissi yaradan məhz budur. İmkan verilməməlidir ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistana heyranlığını gizlətməyən müxalifət və onun mühacir qanadı öz çirkin təbliğatı ilə ölkəmizin hörmət və nüfuzu üzərinə kölgə salsın, siyasi proseslərdə xarici qüvvələrin əlində təhlükəli alətə çevrilsin" deyə, Baş nazirin müavini qeyd edib.

Ə. Əhmədov qeyd edib ki, Azərbaycan xalqı, milli ruhlu bütün siyasi qüvvələr xarici himayədarlar və pullar hesabına anti-Azərbaycan təbliğatı aparanlara, onların erməni heyranlığına vətəndaş həmrəyliyi, dövlət və dövlətçilik ətrafında daha sıx birləşməklə layiqli cavab verəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı