Ceyhun Mirzəyevin ölümündən əvvəlki görüntüləri 

13:40 28-08-2019 | icon 853 | Film
Ceyhun Mirzəyevin ölümündən əvvəlki görüntüləri 

Mərhum aktyor Ceyhun Mirzəyevin ölümündən üç gün əvvəl lentə alınan görüntüləri yayılıb.

 

Versus.Az axşam.az-a istinadən bildirir ki, videonu aktyor Cavidan Novruz paylaşıb.

O söyləyib ki, əlində sənətçi barədə daha artıq materiallar var:

"Əlimdə olan görüntüləri heç vaxt heç kimə verməcəm. Çox telekanallar axtarır. Bu görüntülər yalnız məndədir. Son qəpiyimi xərcləyib, əldə etmişəm. Ceyhun Mirzəyevin yaradıcılıq gecəsini keçirməyi və haqqında sənədli film çəkməyi planlaşdırıram. İndiyədək bilmədiyiniz insani keyfiyyətlərini öyrənəcəksiniz. Məkanı cənnət olsun. Mənim üçün heç bir Hollivud aktyoru bu insan qədər zirvə olmadı. Daxili gözəlliyi üzündə əks olunur. Böytük qardaşım Nəriman məni "Fəryad" filminə baxmağa apardı. O gündən bu insanın vurğunu oldum, ona bənzəmək istədim".

Qeyd edək ki, Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. O, ilk dəfə 11 yaşında "Görüş" filminə çəkilib. Daha sonra 12 yaşında "Ögey ana" filminə dəvət alıb. Ceyhun Mirzəyevin son filmi "Fəryad" olub. Lakin özü bu filmini görə bilməyib. Studiyada çəkiliş vaxtı özünü pis his edən Ceyhun evə güclə çatdırılıb. Aktyor 1993-cü ildə vəfat edib və Yasamal qəbiristanlığında dəfn edilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI