Siyasi ekspertdən Babayana TUTARLI CAVAB

10:15 08-09-2023 | icon 729 | Siyasət
Siyasi ekspertdən Babayana TUTARLI CAVAB

Ramil Hüseynov: “Qanunsuz addımınızın cəzasını Azərbaycanın qanunları qarşısında alacaqsınız

 

“Biz məhvə məhkumuq” ifadəsi separatçı Babayanın yeganə doğru sözüdür. Həqiqətən də onlar məhvə məkumdur və bu çox da uzaqda deyil. Yaxın zamanlarda bunun şahidi olacağıq”.

 

Versus.Az xəbər verir ki, bunu Yeni Xətt Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov separatçı Samvel Babayanın “əhali Xankəndidə meydana çıxıb etiraz edib özünə yeni lider seçməlidir; əgər Qarabağdakı ermənilər sentyabrın 8-də küçələrə çıxmasa, deməli, biz məhvə məhkumuq” fikirlərinə açıqlamasında bildirib.

 

R.Hüseynov qeyd edib ki, başqasının torpağına iddia edib, təxribat yaratmaq separatçılara yaxşı heç nə vəd etmir:

 

“Biz çox humanistik və erməni vətəndaşlarımıza həmişə öz köməyimizi təklif edirik. Bizi adekvat addımlar atmağa məcbur etməsinlər. Yaxşı olar ki, erməni separatçılar və onları dəstəkləyənlər nə 8 sentyabr, nə ondan sonra bir daha Azərbaycan qanunlarını pozmağa cəhd etməsinlər, revanşist iddialarını bir kənara qoysunlar. Yaxşı olar ki, Azərbaycan torpaqlarında apardıqları müharibə və 27 sentyabrda başlayan əks-hücum əməliyyatının 44 günlük savaşını bir daha yadlarına salsınlar”.

 

R.Hüseynov bildirib ki, erməni separatçıların torpağımızda oturub oradan da oğurluq “artsax”ı irəli sürmələri cəfəngiyyat olmaqla yanaşı, bir həqiqəti ortaya qoyur:

 

“Ermənilər öz xain xislətlərindən əl çəkən deyillər. Onların başının üzərində DƏMİR YUMRUQ dayanmalıdır. Çünki biz bütün xalqlar kimi ermənilərə də ən gözəl ərazilərimizdə yaşamaq imkanı yaratmışıq. Amma erməni Azərbaycanın bu cür tolerant, humanist yanaşmasından sui-istifadə edir, hətta Xankəndidə “ağalıq” etmək istəyir. Təbii ki, bu, təxribatçı insanların xulya və xəyallarıdır. Azərbaycan tərəfi bir daha erməniləri bu xəyallarından ayıltmalıdır. Hərbçilərimiz və polisimiz səsgücləndirici vasitələrlə onlara xəbərdarlıq etməlidir ki, ərazimizdə qanunsuz kutləvi tədbirlər keçirənlər, cinayət məsuliyyəti daşıyır. Aksiya keçirmək istəyirlərsə, bunun üçün Azərbaycanın müvafiq qurumlarından icazə almalıdırlar. Əks təqdirdə qısa zaman kəsiyində Xankəndidə qanunsuz aksiya keçirənlər inzibati xətalarla cəzalandırılacaq”.

 

R.Hüseynov bəyan edib ki, hər kəs bilməlidir ki, Azərbaycanın tərəfdaş ölkələr və beynəlxalq əlaqələr sistemində yeni münasibətlərin tənzimləməsi prosesində diplomatik uğurları gələcək qələbələrimizin, ölkəmizin ərazi bütövlüyünün qarantıdır:

 

“Azərbaycan hakimiyyətinin atdığı addımlara uyğun olaraq ictimai-siyasi elitamız dövlətimizin hüquqlarının qorunması uğrunda öz prinsipiallığını nümayiş etdirməlidir. Separatçılara mesajımız budur ki, bu gün hər bir qanunsuz addımınızın cəzasını mütləq Azərbaycanın qanunları qarşısında alacaqsınız”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi