BŞTİ uşaqların I sinfə qəbulunun gecikmə səbəblərini açıqladı

10:32 29-08-2019 | icon 384 | Təhsil
BŞTİ uşaqların I sinfə qəbulunun gecikmə səbəblərini açıqladı

2019-2020-ci tədris ili üçün Bakıda 8 yaşdan yuxarı 28 nəfər uşaq I sinfə qəbulla bağlı elektron qeydiyyatdan keçib.

 

Versus.Az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, onlar, əsasən, 2006-2010-cu il təvəllüdlü uşaqlardır.

Həmin uşaqların I sinfə qəbulunun, əsasən ailə problemləri, müxtəlif xəstəliklər və digər üzrlü səbəblərdən gecikdiyi məlum olur:

"Uşaqların vaxtında I sinfə qəbulunu subyektiv səbəblərdən ləngidən valideynlərə əsas tövsiyəmiz odur ki, bu kimi hallara maksimum dərəcədə yol verməsinlər. Bu halda uşaqların öz yaşıdları ilə müqayisədə inkişafı ləngiyir və onlar sonrakı illərdə istər tədris nailiyyətləri, istərsə də psixoloji inkişaf baxımından həmyaşıdlarından geri qalırlar. Odur ki, valideynlər əsaslı səbəblər olmadığı təqdirdə övladlarının məktəbə qəbulunu ləngitməsinlər".

Qeyd edək ki, yaşı 8-dən yuxarı olan uşaqlar "Fərdi təhsilin təşkili haqqında Qaydalar"ın tələblərinə uyğun olaraq, fərdi təhsilə cəlb olunurlar.

 

Təhsildən kənarda qalmış şəxslərin fərdi təhsili nümunəvi tədris planları əsasında aparılır. Tədris planında nəzərdə tutulan fənlər üzrə proqramlar müəyyən edilmiş saatlara uyğunlaşdırılır. Fərdi təhsil həftədə 4 gün təşkil olunur.

Fərdi təhsil yolu ilə ümumi orta təhsil səviyyəsinin VIII sinfini bitirmiş şəxslər arzu etdikləri halda, müstəqil hazırlaşaraq eksternat qaydasında imtahan verib təhsil sənədi almaq hüququna malikdirlər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin