“Gültəkin Hacıbəyli kimi siyasətçi xanımın bugünkü fəaliyyəti bizim üçün üzücüdür”

14:56 31-03-2018 | icon 1041 | Siyasət
“Gültəkin Hacıbəyli kimi siyasətçi xanımın bugünkü fəaliyyəti bizim üçün üzücüdür”

“Müxalifət gəncləri öz ətrafına toplayaraq onların beyinlərini zəhərləyir”

 

“Seçkilər qanunvericilik səviyyəsində aparılır. Müxalifətin seçkilərin bu dərəcədə qabağa çəkilməsindən qorxub geri çəkilməsi isə onun gücsüzlüyü və fəaliyyətsizliyi ilə bağlıdır”.

 

Bunu Versus.az-a Əlil Qadınlar Cəmiyyətinin (ƏQC) rəhbəri Məhluqə Rəhimova prezident seçkiləri və müxalifətin, xüsusilə də qadın siyasətçilərin bu prosesdə tutduğu mövqe ilə bağlı açıqlamasında bildirib.

 

M.Rəhimova bildirib ki, hər hansı bir təşkilatın rəhbəri istənilən vaxt iş başında olmalıdır. O təşkilat rəhbəri seçki üçün xüsusi olaraq  hazırlaşmalı deyil. Bunun üçün fəaliyyət proqramı olmalı və ona uyğun da hərəkət edilməlidir:

 

“Seçkilər qabağa çəkiləndə müxalifət ona görə narahat oldu ki, heç bir resursları yox idi. Onlar bir-iki nəfərdən ibarət qruplardır. Eləcə də bir-iki nəfəri meydana tökməklə partiya rəhbəri olmaz, lider formalaşa bilməz”.

 

QHT rəhbəri bu prosesdə müxalifətdə düzgün mövqedə olmayan qadın siyasətçilərdən danışıb. O, bu gün vaxtilə parlamentdə təmsil olunan və Azərbaycanda çox hörmətlə qarşılanan Gültəkin Hacıbəyli kimi siyasətçi xanımın fəaliyyətini üzücü hal kimi qiymətləndirib:

 

“Aydın məsələdir ki, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli müxalifətdədirlər. Amma kaş ki, ölkəmizdə normal müxalifət  formalaşaydı və kaş ki, sıralarında savadlı kadrlarımız olaydı. Kaş biləydik ki, bu gün seçilən prezidentdən sonra, dövləti idarə edə biləcək gözəl bir lider formalaşır. Amma hələ ki, bu bizdə yoxdur. Bu müxalifət gəncləri öz ətrafına toplayaraq onların beyinlərini zəhərləyib, gələcək fəaliyyət istiqamətlərinə kölgə salırlar. Gənclərin düşüncə tərzini dəyişdirirlər. Soruşan lazımdır ki, sən niyə öz təbliğatını yaxşı istiqamətdə aparmırsan? Nəyə görə Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Əli Kərimli və digərləri Almaniyada, Polşada, İngiltərədə, Amerikada olan gəncləri səfirliklər qarşısında toplayıb, “torpaqlarımıza Azadlıq” şüarı ilə çıxış etdirmirlər. Niyə bu yoxdur?”

 

 M.Rəhimli hesab edir ki, Avropada oturub toraqların işğaldan azad edilməsini deyil, dövlət rəsmilərini, Azərbaycanı təhqir edənlər yalnız Azərbaycana düşmən kəsilənlər ola bilər:

 

“Bu gün həmin adını çəkdiyim şəxslərin, təkcə Gültəkin Hacıyevanın maddi durumu o qədər gözəldir ki, o gəncləri özü ilə bir sıraya qoya bilməz. Bunlar tam təminatlı insanlardır. Ancaq formalaşmaqda olan gənclərimizin bataqlığa salınması, beyinlərinin zəhərlənməsi, öz ölkəsinin əleyhinə kampaniyalara cəlb olunması nə dərəcədə düzgündür”.

 

M.Rəhimova ƏQC rəhbəri olaraq Azərbaycana qarşı əks kampaniya aparanların sırasında Leyla Yunusa da əks reaksiyasını bildirib:

 

“Mən istəməzdim ki, Leyla Yunus kimilərinə güzəştə gedək. Hələ 1998-ci ildə Leyla Yunusun yanında işləyən bir xanım, adını çəkmək istəmirəm, mənə dedi ki, Leyla Yunus davamlı olaraq harasa erməni dilində məktublar yazıb göndərir. Leyla Yunus Əbülfəz Elçibəyin vaxtında Müdafiə Nazirliyinin mətbuat xidməti rəhbəri olub. Bax bizim torpaqlarımızın işğalı belə hallardan yarandı. O vaxt insanların gözü açıq deyildi. Biz çox mədəni, həmişə qonaqlara yol verib, sonra özümüz keçən insanlarıq. Elə ona görə də başımıza oyunlar gəlir. Bunlar erməni diasporasının içimizə atdığı insanlarıdır”.

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin