Davud Rəhimov: “İnanıram ki, autizmlə bağlı mərkəz yaradılacaq”

15:29 31-03-2018 | icon 719 | Sosial
Davud Rəhimov: “İnanıram ki, autizmlə bağlı mərkəz yaradılacaq”

“İnanıram ki, autizmlə bağlı mərkəz yaradılacaq. Çünki bu cür spesifik qruplar üçün artıq dövlət tərəfindən müəyyən mərkəzlər tikilib. Bu proses gedir və cəmiyyətin özü də problemin həlli istiqamətində addımlar atmalıdır”.

 

Bunu Versus.az-a Əlil İttifaqı Mərkəzinin prezidenti Davud Rəhimov Autuzmlə bağlı gündəmdə olan problemlərin həlli ilə bağlı açıqlamasında bildirib.

 

Davud Rəhimov autizm sindromu daşıyıcılarının əlillik katiqoriyasına aid edildiyini bildirib. O, bu sahədə müəyyən problemlər olsa da, getdikcə həlli yollarının tapılacağına ümüd etdiyini deyib. D.Rəhimov Əlil İttifaqı Mərkəzində təmsil olunan “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyinin rəhbəri Çiçək Məmmədlinin bu sahənin mütəxəsisi olaraq xüsusilə çalışdığını önə çəkib:

 

“Onun ailəsində üç autist sindromlu uşaq var. O, çox  çətin vəziyyətdədir. Məhz Çiçək xanımın təkidi ilə autist sindromlu uşaqlara əlillik qrupu verilib. Məsələ Milli Məclisdə müzakirə olunub. Amma əlilliyin hansı formada qeydə alınıb, həmin insanlara əlillik təqaüdlərinin verilməsi ilə bağlı məsələ açıq qalır”.

 

Autizmlə bağlı vəziyyət gərgin olsa da, D.Rəhimov Autizim mərkəzinin yaradılacağına və bu sahədə mövcud olan pərakəndəliyin aradan qaldırılacağına inandığını vurğulayıb.

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür