"Qarabağ"ın bu qələbəsinin siyasi əhəmiyyəti də böyükdür"

17:27 30-08-2019 | icon 599 | İdman
"Qarabağ"ın bu qələbəsinin siyasi əhəmiyyəti də böyükdür"

"Azərbaycanın "Qarabağ" komandası Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild" komandasına qalib gələrək qrup mərhələsinə yüksəldi. Bu qələbə milyonlarla futbol azarkeşinə, Azərbaycan vətəndaşına sevinc bəxş etdi".

 

Versus.Az xəbər verir ki, bunu millət vəkili, AFFA-nın I vitse-prezidenti Rauf Əliyev deyib.

 

Deputatın sözlərinə görə, "Qarabağ"ın bu qələbəsinin siyasi əhəmiyyəti də böyükdür: "Bu qələbə son vaxtlar Ermənistan rəhbərliyinin Xankəndidə verdiyi sərsəm bəyanatlara tutarlı cavabdır. "Qarabağ"ın bu qələbəsi, Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi Qarabağ həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı Azərbaycanın Ermənistana qarşı apardığı informasiya müharibəsinə böyük töhfədir. "Qarabağ" bütün dünyada Azərbaycanı təmsil edir. Bu qələbə münasibəti ilə "Qarabağ" komandasının üzvlərini, məşqçi heyətini, komandanın rəhbərliyini təbrik edir və növbəti oyunlarda uğurlar arzu edirəm. Eyni zamanda, Azərbaycan ictimayyətini "Qarabağ" komandasına hərtərəfli dəstək göstərməyə çağırıram"./trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı