Ailəsi vermədiyi üçün sevdiyi qızı yandırdı

18:12 30-08-2019 | icon 477 | Hadisə
Ailəsi vermədiyi üçün sevdiyi qızı yandırdı

Bursada sevgilisini küçənin ortasında benzin tökərək yandıran Ümit Varol (31) azadlığa buraxılmasını tələb edib.

 

Versus.Az İHA-ya istinadən xəbər verir ki, onun Şengül Vatanseveri (35) adlı qadına görüşdən öncə 79 dəfə zəng etdiyi ortaya çıxıb.

 

Qadın aldığı yanıq xəsarətlərindən hadisə yerində can verib. Şübhəli sevgilisi isə qaçarkən maşını ilə qəzaya düşüb. Varol xəstəxanada müalicə olunduqdan sonra həbsxanaya salınıb.

Ümit ifadəsində "Şengül ilə gecə boyu telefonla danışdıq. Səhərə yaxın Kütahyadan Bursaya gəldim. Görüşüb maşına mindirdim. Yarım saat söhbət etdik. Ailəsinin evlənməyimizi istəmədiyi üçün qəzəbləndim. "Baqaj"da benzin var idi. Benzini qollarıma töküb yerə qoydum. Şengül də götürüb üstünə tökdü. Özümə zərər vermək məqsədi ilə qollarıma od vurdum. Qolum alovlanınca Şengülə od keçdi. Məqsədim özümü yandırıb öldürmək idi. İkimiz birlikdə yandıq. Azadlığa buraxılmağımı tələb edirəm" deyib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı