"Hakimiyyətə gəlmək üçün yenə də Qarabağdan istifadə olunur"

11:50 31-08-2019 | icon 409 | Siyasət
"Hakimiyyətə gəlmək üçün yenə də Qarabağdan istifadə olunur"

"Qarabağın işğalı Rusiyanın uzun illərdir apardığı siyasətin davamıdır.  Göründüyü kimi indi Qarabağın azad olunması ilə bağlı heç kəs hökumətin üstünə getmir.  Bu günlərdə isə Qüdrət Həsənquliyev deyir ki, xalq Qarabağı azad etmək üçün hökumətin üstünə getməli və onu torpaqları azad etməyə məcbur etməlidir.  Yenə də Rusiya ssenarisinin işə salınmasını görürük".

 

Versus.Az xəbər verir ki, bu barədə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəalaloğlu  son günlər ölkə gündəmini zəbt edən proseslərdə bəzi qüvvələrin hakimiyyətə gəlmək üçün "Qarabağ kartı"ndan istifadə etmə cəhdləri ilə bağlı açıqlamasında bildirib.

Sərdar Cəlaloğlu deyib ki, hakimiyyətin istefa məsələsi yenə də Qarabağ problemi üzərindən gündəmə gətirilir. Onun sözlərinə görə, Qarabağın həllindən qabaq hakimiyyət dəyişikliyinə gediləcəksə, biz yenə də məğlubiyyətə düçar olacağıq. 

 

"Bu Rusiyanın ənənəvi planıdır. Həmin planla Əbdülrəhman Vəzirov, Əbülfəz Elçibəy, Ayaz Mütəllibov hakimiyyətdən uzaqlaşdırılıb. Bu, həm də İlham Əliyevin hakimiyyətdən uzaqlaşdırılması planından başqa bir şey deyil.  Rus-erməni birliyinin 300 il qabaq Azərbaycana qarşı hazırladığı planın tərkib hissəsidir və bir çox müxalif dairələrin bu oyunlarda iştirakı təəssüf doğurur. Xalq buna qarşı ciddi tədbirlər görməlidir"- deyə, partiya sədri bildirib.

 

Versus.Az

Ləman 

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI