"Erməni ritorikası zərərlidir, dağıdıcıdır"

13:33 31-08-2019 | icon 570 | Geopolitika
"Erməni ritorikası zərərlidir, dağıdıcıdır"

"Paşinyanın ritorikası Cənubi Qafqazda işləmək istəyən beynəlxalq investorlara təhlükə yaradır".

 

Versus.Az xəbər verir ki, bunu yerli mediaya müsahibəsində amerikalı ekspert, beynəlxalq məsələlər üzrə strateji məsləhətçi Piter Teys Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamasını şərh edərkən deyib.

 

Ekspertin sözlərinə görə, erməni ritorikası zərərlidir, dağıdıcıdır və Cənubi Qafqazda işləmək, bu bölgədə fəaliyyətini qurmaq istəyən böyük strateji beynəlxalq investorları təhdid edir. Bu ifadələr davam edən iqtisadi durğunluq və hökumətin hər nazirliyini bürüyən yüksək korrupsiya ilə Ermənistanda vəziyyəti daha da ağırlaşdırır.

P.Teys qeyd edib ki, Paşinyanın fırtınalı nitqi onun avtoritar liderlik üslubunu göstərir: "Nikol Paşinyan Avropada və dünyada məsuliyyətli rəhbərliyin ən pis nümunəsidir. Ermənistanın baş naziri vəzifəsinə gəlişinin ilk günlərindən etibarən Paşinyan beynəlxalq qanunları dəfələrlə pozmağa, Dağlıq Qarabağ münaqişəsinin həllində iltihablı bəyanatlar və təcavüzkar davranış yolu ilə getməyə hazır olduğunu nümayiş etdirdi".

Amerikalı ekspertin fikrincə, son iki ildə dünyanın ən böyük hökumətlərarası qurumu olan ATƏT-in Ermənistan hakimiyyətinə beynəlxalq humanitar hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməyə məcbur etmək üçün təzyiq göstərə bilməməsi heç də ürəkaçan deyil: "Beynəlxalq ictimaiyyət Paşinyanın bu cür iltihablı bəyanatlarına dözməməlidir. ATƏT Ermənistan rəhbərliyini zorakılıq aktlarından çəkinməyə və təcavüzkar Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən təcili surətdə çıxarmağa inandırmaq üçün tam məsuliyyət daşıyır. Digər tərəfdən, Azərbaycanın praqmatik diplomatik təşəbbüsləri həmişə qalib gələcək".

P.Teys əlavə edib ki, ABŞ Dövlət Departamenti də son aylarda Paşinyanın antaqonist yanaşmasının və döyüşkən ifadələrinin qarşısını almaqda daha fəal rol oynamalı idi: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli beynəlxalq ictimaiyyətin fəal iştirakından və Azərbaycana münasibətdə ikili standartların tətbiqinin qarşısını almağa yönəlmiş həqiqi səylərdən asılıdır".

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 5 avqust 2019-cu ildə "Pan-Erməni Oyunları" nın açılışında iştirak etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. "Açılış mərasimində" Paşinyan təxribatçı bir bəyanatla Dağlıq Qarabağı "Ermənistanın ayrılmaz hissəsi" adlandırıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı