Qrenlandiya Trampın nəyinə lazımdır?

13:22 01-09-2019 | icon 367 | Dünya
Qrenlandiya Trampın nəyinə lazımdır?

Bizim yetərincə hazırcavab və yumor hissli oxucumuz dərhal deyər ki, yəqin Donald Tramp da prezidentlər Tomas Cefferson və Endryü Conson kimi əbədi şöhrət sahibi olmaq eşqinə düşüb.

Xatırladaq ki, bu iki prezidentlər vaxtilə Luiziana və Alyaskanı satın almışdılar.

Belə ki, ABŞ-ın üçüncü prezidenti Tomas Cefferson tarixə təkcə “İstiqlaliyyət bəyannaməsi”nin müəllifi və ABŞ konstitusiyasının əsas müəlliflərindən biri kimi deyil, həm də Luiziananı satın almış, bununla da ölkəsinin ərazisini artırmış və həm də onun “çoğrafi immunitet”ini artırmış prezident kimi düşüb.

Consonun vaxtında isə məsələ bir qədər başqa cür olmuşdu – onun müasirləri Alyaskanın alınmasını yetərincə dəyərləndirməmiş və hətta vaxtında ona qarşı impiçment elan etmək qərarına gəlmişdilər ki, Endryü Conson bundan canını az qala, möcüzə nəticəsində qurtara bilmişdi.

Map of Alyaska, Amerika Birləşmiş Ştatları

Amma sonrakı illərdə məlum oldu ki, Alyaska təkcə geostrateji əhəmiyyətli ərazi deyil, o, həm də neft və qızıl deməkdir. Təsadüfi deyil ki, Alyaska tez bir zamanda qızılın və qızıl bumunun sinoniminə çevrildi ki, biz bütün bunları ən azı yazıçı Cek Londonun əvəzsiz hekayələrindən çox gözəl bilirik.

Alyaska ABŞ-a o qədər gəlir gətirdi və bu gün də gətirməkdə davam edir ki, ruslar indiyədək onu amerikalılara satdıqlarına görə peşimançılıq çəkirlər.

Qrenlandiyaya və Trampa gəldikdə isə, təəssüf biz bu sevdanın əsl motivlərini bilmirik. Alimlərin qiymətləndirmələrinə və proqnozlarına görə Arktika şelfində böyük, hətta digər yerlərdə olandan qat-qat artıq neft ehtiyatları var və onların bu gün istisamarı texniki cəhətdən asan bir məsələ olmasa da, aydındır ki, gələcəkdə bunun da yolu tapılacaq. Üstəlik, yaxşı məlumdur ki, ABŞ və Rusiya Arktikada da rəqabət aparırlar. Cəmi bir neçə il bundan əvvəl Rusiya prezidenti amerikalıları bu müstəvidə də qabaqlaya bildi və nəticədə Rusiyanın Arktikada mövqeləri daha üstün və dayanıqlı oldu.

Image result for qrenlandiya

Ümumiyyətlə isə, Tramp çox emosional adamdır. Belələrinə isə şöhrətpərəstlik hissi yad deyil. Tramp o qədər emosional adamdır ki, bir çox hallarda onun qərarlarında məntiq zəncirini tutmaq olmur.

Müasir siyasi elmdə demək olar ki, Amerika millətçiliyi və ya panamerikanizm kimi anlayışlar yoxdur. Amma Trampın qərarlarında bunların təzahürlərini sezmək heç də çətin məsələ deyil.

“Hər şey Amerika və hər şey amerikalılar üçün!” onun şüarı budur. O, da açıq rəğbət bəslədiyi Rusiya rəhbəri V.Putin kimi ölkəsinin coğrafiyasını və nüfuz sferasını genişləndirməyə cəhd edir. Odur ki, məsələn, sırf siyasi metodlarla öz ölkəsinin ən real rəqibi hesab etdiyi Çinin iqtisadi inkişafını dayandırmağa çalışır.

Məhz onun – Trampın sayəsində amerikalılar özləri üçün Çini ikinci dəfə “kəşf ediblər”.

Birinci dəfə bu, Henri Kissincerin sayəsində mümkün olmuşdu və o vaxt çinlilər bundan qazanmışdı.

Çinin “ikinci kəşfi” isə əlbəttə, Trampın adı ilə bağlıdır, amma çətin ki, çinlilər bundan məmnunluq duymuş olsunlar, çünki bir daha deyirik ki, Donald Tramp belə hesab edir ki, “Səmaaltı ölkə” onun Amerikası üçün ən əsas təhlükədir.

Demək olar ki, elə bu günlərdə Tramp bütün amerikalı biznesmenləri Çini tərk etməyə çağırdı, əks təqdirdə onları sanksiyalarla hədələdi – özü də o sanksiyalarla ki, onlar terrorizmlə əlaqəsi olan biznes strukturları üçün nəzərdə tutulurdu. Hər dəfə ona deyirlər ki, ABŞ biznesi həmişə azad olub, onunla amiranə tərzdə danışmağa, harada qazanmaq mümkün olması, harada olmaması ilə bağlı göstərişlərə alışmayıbdır.

Amma ki, min təəssüflər! Ciddi müşahidələr göstərir ki, dünyanın ən azad ölkəsində biznes heç də azad məşğuliyyət deyil, ən azı ona görə ki, o, siyasətçilərin təhrikilə daima özünün coğrafi strukturunu, coğrafi ünvanını dəyişməli olur. Çinin isə “günahı” budur ki, o, hazırda dünya sənaye məhsulunun dördən birini istehsal edir və öz ÜDM-nə görə nəinki ABŞ-ın dabanlarını tapdayır, bəzən hətta ondan irəli də keçə bilir!

Əvvəlki yazılarda artıq qeyd etmişik ki, məsələn, “böyük yeddilər”in sırasına Rusiyanın deyil, Çinin dəvət alması daha məntiqli olardı, ona görə ki, bu ölkənin iqtisadiyyatı hazırda dünyanın ən güclü iqtisadiyyatlarından biridir. Amma ki, nə etmək olar? Dünyanın böyük cüclərinin Çinlə bağlı planları başqadır...

Qrenlandiyaya qayıdaraq qeyd edək ki, Trampa “böyük qələbə”lər lazımdır ki, nəinki onun ikinci dəfə prezident seçilməsini təmin etsin, həm də ona Amerkia tarixində yer qazandırsın. Bu yolda o, hətta şou yaratmaqdan da çəkinmir – axı vaxtilə şoumen olub! Məsələn, Şimali Koreya ilə bağlı hələ ciddi heç nə yoxdur və məlum deyil ki, gələcəkdə heç olmasa, olacaqmı? Amma Tramp burada da şou yarada bilibdir. Di gəl, şou siyasətdə yalnız qısa zaman kəsiklərində yardımçı ola bilir və bu səbəbdən deyə bilirik ki, ikinci dəfə prezident seçilməklə bağlı bir şey deyə bilmərik, amma tarix heç də hamıya öz qucağını açmır.../Yeni Müsavat/

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin