Deputatlar payız sessiyasına hazırlaşırlar

16:02 04-09-2019 | icon 540 | Siyasət
Deputatlar payız sessiyasına hazırlaşırlar

Azərbaycan Milli Məclisinin (MM) payız sessiyası sentyabrın 30-da başlayacaq. Parlamentin qanunverici işlər planına bir sıra yeni qanun layihələri daxil edilib.

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, qanunverici orqanın payız sessiyasında müzakirə olunacaq əsas məsələ 2020-ci ilin büdcə zərfidir.

Komitə sədri qeyd edib ki, büdcə zərfində sosialyönümlülük yenə də əsas istiqamət olacaq.

H.Rəcəblinin sözlərinə görə, sessiya ərzində yeni hazırlanan “Turizm haqqında” qanun layihəsinə də baxılacaq:

“Bir müddətdir ki, bu qanun layihəsinin üzərində iş gedir. Düşünürəm ki, yeni qanun layihəsi daha keyfiyyətli və işləkdir. Bilirsiniz ki, 2019-cu il sosial müdafiənin gücləndirilməsi ilidir. Ona görə də ehtimal edirik ki, sosial müdafiənin gücləndirilməsi ilə bağlı bir sıra layihələr də daxil olsun. Yəni, Prezident İlham Əliyevin imzası ilə daxil olan qanunlara əlavə və dəyişikliklərin mahiyyətində əhalinin güzəranının yaxşılaşması ideyaları durur”.

 

Parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, payız sessiyasında "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq:

“Bu qanun layihəsi bir sıra dövlət qurumları ilə razılaşdırılıb. Yeni hazırlanan “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi də müzakirəyə təqdim ediləcək. Bununla bağlı əlaqədar qurumlardan rəy alınıb. Müzakirə edilən digər məsələlər isə yeni hazırlanan “Pasiyentlərin hüquqları haqqında” qanun layihəsi və “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna əlavə və dəyişiklik layihəsidir. Deputatların bu məsələlərlə əlavə təkliflərin olacağı istisna deyil”.

 

MM-in Hüquq siyasəti və dövlət quruculu komitəsinin üzvü Tahir Kərimli deyib ki, payız sessiyasına hazırlıq işləri gedir.

T.Kərimli qeyd edib ki, deputatlar hazırda seçicilərin Milli Məclisə etdiyi müraciətləri araşdırır:

“Sessiya çərçivəsində bir sıra qanunlara əlavə və dəyişikliklərin ediləcəyi gözlənilir”.

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Nizami Cəfərov bildirib ki, sessiya ərzində bir sıra qanun layihələrinə dəyişiklik ediləcəyi gözlənilir.

 

Deputat qeyd edib ki, yeni hazırlanan “Dini etiqad azadlığı haqqında” qanun layihəsində yas mərasimləri, dini təşkilatlarla bağlı bir sıra müddəalar yer alıb:

“Qanun layihələri hazırlanarkən ölkədəki vəziyyəti nəzərə almağa çalışırıq. Azərbaycan kifayət qədər sabit ölkədir. Nəzərə almaq lazımdır, ölkəmiz də mürəkkəb dünyanın tərkib hissəsidir. Sabitlik olmazsa, iqtisadi inkişaf da olmaz. Dünyadakı proseslər yalnız hərbi yollarla - açıq müstəvidə deyil, müxtəlif yollarla da cərəyan edir. Məqsədimiz bunun qarşısını almaq və istifadə etməkdir. Qeyd edim ki, dünyada yalnız neqativ deyil, müsbət proseslər də gedir. Deməyim odur ki, biz müsbət proseslərin mərkəzində olmalıyıq. Dağıdıcılıq dünyanın özü üçün də problemdir. Yeni hazırlanan “Dini etiqad azadlığı haqqında” qanunda bunlar əksini tapıb. Qanun layihəsinin müzkirəsi cəmiyyətə, ictimai şüura daha çox təsir edir, nəinki qanun qəbul ediləndən sonra. Qanun qəbul ediləndən sonra hökm olur, tətbiqi məcburiləşdirilir. Ona görə layihənin müzakirəsinə ehtiyac var". /report.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol