Vaxtında çalınmayan həyəcan təbili

11:55 01-04-2018 | icon 979 | Kürsü
Vaxtında çalınmayan həyəcan təbili

Şirini şirin olur, acısı da bal dadır.... deməliyikmi?

 

TELLİ PƏNAHQIZI

 /Əməkdar telejurnalist/

 

Xanımlar və bəylər! Mən o avtobusda baş verən olaylardan daha çox şərhlərə istinadən yaşlı həmcinslərimi, həmyaşıdlarımı diqqətli olmağa çağırıram. Çünki indiki gənclərin bir çoxu elə evdə - ata-analarının, nənə-babalarının, məktəbdə müəllimlərinin, sinif yoldaşlarının, küçədə dostlarının yanında belə oturublar, ictimai yerlərdə bağıra-bağıra danışıblar, yayda çirkli ayaqlarında rezin vyetnamka işə gəliblər, az qala bellərindən düşən cırıq cins şalvarla teatr-konsert salonuna dürtülüblər!!! İrad bildirəndə də at kimi adamın üzünə dirəniblər ki, sizin mənə söz demək ixtiyarınız yoxdur!

 

Baxın, mən nəyə görə xanımlara haqq qazandırmaq istəmirəm? Çünki bu uşaqları yetişdirən bizik! Onları bu günə qoyan bizik! Yəqin fikir vermisiniz, metroda vaqona daxil olan ana və ya nənə 7-8 yaşında uşağı oturtmaq üçün israrla yer axtarır. Halbuki o uşaq evdə-küçədə saatlarla ora-bura qaçır, top qovur, dəcəllik edir və sair. Ancaq anası-nənəsi, böyük bacı-qardaşı yaşda birisinin ayaq üstə, əlində yüklə dayanması nə valideyni, nə də uşağı narahat edir! O balaca adamcığaz da belə sərbəst, etinasız böyüyür! Sonu da bu cür partlayışa gətirib çıxarır.

 

Biz müstəqilliyimizi qazanıb, bağımsız bir dövlət olandan sonra yüzilliklər boyu formalaşmış dəyərlərimizi son 25-30 ildə itirəndə gərək bu həyəcan təbilini çalaydıq! Televiziya ekranlarına dəvət etdiyimiz şou əhli(?)nin haça-paça oturuşuna, aşırı sərbəstliyinə, hərcayı danışığına, bir-birinə latayır sözlər söyləməsinə dözümsüzlük göstərəydik!

 

Mənim gözəl dostlarım, hara getsək, necə düşünsək də yaxşımızla, yamanımızla, vallah, bu bizik, bizim tərbiyəmizin meyvələridir bu cavanlar! Şirini şirin olur, acısı da bal dadır....deməliyikmi? Bilmirəm!!!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI