Peşə reabilitasiya mərkəzində Aikido - yapon idman növü ilə tanışlıq təlimləri keçirilir

23:33 05-09-2019 | icon 614 | Cəmiyyət
Peşə reabilitasiya mərkəzində Aikido - yapon idman növü ilə tanışlıq təlimləri keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində Türkiyə Aikido Təşkilatı Dərnəyinin və Əngəllər üçün Yapon Sənətləri və Sporları Dərnəyinin başçısı Engin Ergin və köməkçisi Ercan Aydəmirin iştirakı ilə iki gündür ki, Aikido Yapon idman növü ilə tanışlıq təlimlərinə başlanıb.

 

Versus.Az-ın məlumatına görə, E.Ergin və E.Aydəmirin Mərkəzə səfəri “Əngəlsiz Düşüncə” Sosial inkişafa yardım İctimai Birliyinin Dövlət Sosial Müdafiə Fonduna ünvanladığı müraciətə əsasən təşkil olunub. Hər iki idmançı sentyabrın 10-dək Mərkəzdə qonaq olacaq və təlimləri aparacaqlar.


Təlimlər zamanı mərkəzdə peşə reabilitasiyası keçən gənclər Aikido Yapon idman növü barədə məlumatlar əldə edir və öyrənmənin ilkin üsulları ilə tanış olurlar.

Məqsəd sağlamlıq imkanları məhdud gənclərin sosial reabilitasiyasına, onlar arasında idman növlərinin təbliği işlərinə dəstək verməkdir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

“TikTok” “Instagram”a rəqib platforma yaradır

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

“Bu, İranın Türk Birliyi qorxusundan irəli gələn məqamlardır”