“Sağlamlıq imkanları məhdud uşaqların (autizm) sosial və psixoloji reabilitasiyası” layihəsi davam edir

23:42 05-09-2019 | icon 950 | Sağlamlıq
“Sağlamlıq imkanları məhdud uşaqların (autizm) sosial və psixoloji reabilitasiyası” layihəsi davam edir

Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Təminat Xidmətinin sosial sifarişi əsasında “Sağlamlıq imkanları məhdud uşaqların (autizm) sosial və psixoloji reabilitasiyası” layihəsini icra edir.

 
Versus.Az xəbər verir ki, layihənin əsas məqsədlərindən biri 18 yaşadək sağlamlıq imkanları məhdud olan autizm sindromlu uşaqlara psixo-sosial reabilitasiya xidmətlərinin göstərilməsi, onların cəmiyyətə inteqrasiyası sahəsində ailələrin bilik və bacarıqlarının inkişaf etdirilməsidir.
 
 
Layihə çərçivəsində autizm sindromu olan sağlamlıq imkanları məhdud uşaqlara psixo-sosial reabilitasiya, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi xidmətləri göstərilir. Autizm sindromlu sağlamlıq imkanları məhdud olan uşaqlar müəyyən edilərək fərdi əqli inkişaf planları hazırlanır və onlar sosial iş, gündəlik həyat (funksional) vərdişləri (abilitasiya), sosial-psixoloji dəstək, sosiallaşma və ünsiyyət, koqnitiv bacarıqlar və təhsil, nitq problemləri, əqli inkişaf sahələrində yardım alırlar.
Eyni zamanda ailəyə dəstək verilir,valideyn bacarıqlarının inkişafına yönəldilmiş xidmətlər göstərilir və autizm sindromlu uşaqların cəmiyyətə inteqrasiyasına yönəldilmiş işlər görülür.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?