RƏSMİ: Yalnız bu vətəndaşlar yanacaq odunu ala biləcək

12:56 06-09-2019 | icon 747 | İqtisadiyyat
RƏSMİ: Yalnız bu vətəndaşlar yanacaq odunu ala biləcək

Qazlaşdırılmamış ucqar dağ kəndlərinin odun yanacağı ilə təmin olunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzləri (RMTM) gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və soyuqların düşməsinə qədər həmin kəndlərin əhalisinin odunla təmin olunmasını bitirmək istəyir.

 

Versus.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, bunun üçün kifayət qədər odun ehtiyatı var.

 

Nazir müavini qeyd edib ki, regional meşə idarələrindəki odun tədarükü məntəqələri Zaqatala, Şəki, Qəbələ, İsmayıllı, Quba, Şabran, Masallı, Lənləran, Tovuz, Şəmkir və Göygöl ərazilərində daimi fəaliyyət göstərir:

"Ehtiyacı olan vətəndaşlar bu yerlərə müraciət edərək dəyərini ödəmək şərtilə yanacaq odunu əldə edə bilərlər. Həmin məntəqələr Zaqatala RMTM üzrə Car, Əlibayramlı, Aşağı Çardaxlar, Aşağı Tala, 3-cü Tala, Paşam, Zastava, Kortala, Tülü, Şəki RMTM üzrə Göynük, Oraban, Zəyzid, Qum, İlisu, Ləkit, Qəbələ RMTM üzrə Bum, Vəndam, İsmayıllı RMTM üzrə Qalınçaq, Ağsu aşırımı, Xənəyə, Qaradəyə, Quba RMTM üzrə Uzunmeşə, Vəlvələ, Quba şəhəri, Xaçmaz, Xuray, Şabran RMTM üzrə Zeyvə, Pirəbədil, Əmirxanlı, Giləzi, Siyəzən, Masallı RMTM üzrə Məmmədoba, Şıxlar, Zuvand, Gendərə, Porsova, Buravar, Abidli, Lənkəran RMTM üzrə Haftoni, Əsxənəkəran, Tovuz RMTM üzrə Yanıqlı, Kirən, Qoşakənd, Poylu, Şəmkir RMTM üzrə Şəkərbəy, Yenikənd, Çanaqçı, Göygöl RMTM üzrə Qaraçinar, Yeni Zoddur".

 

Qeyd edək ki, anbarlarda tədarük olunan odun dəyəri ödənilmək şərtilə qazlaşdırılmamış kəndlərin əhalisinə, təhsil, səhiyyə müəssisələrinə, bağçalara, sərhəd və daxili qoşunların hərbi hissələrinə verilir.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi