BŞİH paytaxt sakinlərinə müraciət etdi

13:20 06-09-2019 | icon 470 | Gündəm
BŞİH paytaxt sakinlərinə müraciət etdi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) şəhər sakinlərinə müraciət edib.

 

Versus.Az xəbər verir ki, müraciətdə deyilir:

 

"Sürətlə inkişaf edərək dünyanın ən müasir şəhərlərindən birinə çevrilən Bakı şəhərinin daha da gözəlləşməsi məqsədilə paytaxtda yeni yaşıl guşələrin yaradılması və onların qorunması işlərinə start verilib.

Bununla əlaqədar Bakı şəhərində fəaliyyət göstərən sahibkarlara və iş adamlarına öz obyektlərinin qarşısında yaşıl guşələrin yaradılması ilə bağlı müraciət edirik. Paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər şəhərimizin daha da gözəlləşməsinə xidmət edəcəkdir.

Yaşıllaşdırma sahəsində uğurlar əldə etmiş bir çox şəhərlərin təcrübəsində sahibkarlar tərəfindən obyektlərinin qarşısında yaşıl guşələrin yaradılması və saxlanılması praktikası mövcuddur.

Bakı Şəhər Yaşıllaşdırma Departamenti hamını bu nəcib işlərdə fəal olmağa çağırır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür