“İnsanları qorxutdular ki, bu il məktəbli formaları dəyişəcək”

13:23 06-09-2019 | icon 485 | Cəmiyyət
“İnsanları qorxutdular ki, bu il məktəbli formaları dəyişəcək”

“Məktəbli formasının qiymətlərində heç bir dəyişiklik yoxdur və qiymət artımı da nəzərdə tutulmayıb”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib.

Şöbə rəisi bildirib ki, I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat təşkil edir:

“Bakı Tikiş Evində məktəbli köynəkləri də tikilir. 26-54 ölçülü bütün köynəklərin qiyməti 8 manatdır. Məktəblilər üçün nəzərdə tutulan jiletlər də ölçüsündən asılı olmayaraq 8 manata satılır”.

 

E.Əzimovun sözlərinə görə, məktəbli formasının satışı il boyu davam edir:

“BTE-nin 9 mağazası var və hələlik satışla bağlı sıxlıq müşahidə olunmur. İnsanları qorxutdular ki, bu il məktəbli formaları dəyişəcək. Bəziləri başa düşdü ki, bu, gələn ildən həyata keçiriləcək, digərləri hələ də başa düşmür. Ona görə də satışda nisbətən zəiflik müşahidə olunur”.

 

Valideynlərə müraciət edən BTE rəsmisi vurğulayıb ki, dərslərin başlamasına az vaxt qaldığından valideynlər uzun növbəyə dayanmadan istənilən satış mərkəzlərinə yaxınlaşıb məktəbli formasını əldə edə bilərlər:

“Yaxud 012 397-45- 39 nömrəli "Qaynar xətt" nömrəmizə zəng edərək özlərinə yaxın məntəqədən forma ala bilərlər. Tövsiyəm odur ki, valideynlər saxta məktəbli formaları almasınlar. Çünki hələ də satışda başqa ölkələrdən Bakıya gətirilən və sertifikatı olmayan saxta məktəbli formalarına rast gəlinir. Həmin məktəbli formaları zirzəmi şəraitində tikilməklə yanaşı, üzərinə BTE-yə məxsus nişanlar vurulur. Düzdür, valideynlərin çoxu artıq başa düşür ki, saxta geyimlər övladları üçün təhlükəlidir. Həm də insanlar artıq sertifikat tələb edirlər. Bu səbəbdən də valideynlər bizə üz tuturlar”.

 

O, həmçinin növbəti tədris ilindən vahid məktəbli formalarının Bakı Tikiş Evində tikilib-tikilməyəcəyindən məlumatsız olduğunu qeyd edib:

“Bu, Təhsil Nazirliyindən asılı olan qərardır. Əgər qərar qəbul olunsa ki, burada tikilsin, o zaman işlər görüləcək”. /report/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol